|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda “Cənub bölgəsində narkomaniya və HİV/AİDS-ə qarşı mübarizə” layihəsinin mətbuat konfransı keçirildi 2012-11-14 14 Noyabr tarixində MAGİYA ictimai birliyi Lənkəran şəhərindəki ofisində “Cənub bölgəsində narkomaniya və HİV/AİDS-ə qarşı mübarizə” layihəsinin bitməsi ilə əlaqədar mətbuat konfransı təşkil etmişdir. Tədbirdə həmin layihənin məzunları da daxil olmaqla, 15 nəfərə yaxın KİV, hökumət, QHT və Gənclər təşkilatlarının nümayəndələri iştirak etmişdir. Tədbir zamanı təşkilatın nümayəndələri iştirakçılara “Cənub bölgəsində narkomaniya və HİV/AİDS-ə qarşı mübarizə” layihəsi, onun uğurları və davamlı nəticələri barədə qısa məlumatlar vermişlər. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 3500 manatlıq maliyyə dəstəyi ilə həyata keçirilən layihənin müddəti 4 ay olmaqla, 01 avqust – 30 noyabr 2012-ci il tarixlərini əhatə etmişdir. Layihə çərçivəsində yerlərdəki Gənclər və İdman İdarələrinin dəstəyi ilə Masallı, Lənkəran və Astara rayonlarında 25 nəfər gənc üçün 2 günlük təlim kursları keçirilmişdir. 10-11 noyabr tarixlərində isə 30 nəfər gənc üçün Lənkəranda AB Qala otelində “Təlimçilər üçün təlim” adlı zonal təlim kursu təşkil olunmuşdur. Təlim kursunu uğurla bitirən yerli təlimçilərə müvafiq sertifikatlar və zəruri informasiya vasitələri verilmişdir. Bununla yanaşı zonal təlim kursunda iştirak edən gənclərlə Lənkəran Rayonlararası Narkoloji Dispanserin və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran Regional Laboratoriyasının mütəxəssisləri arasında müvafiq görüşlər də təşkil olunmuşdur. Tədbir zamanı bəzi iştirakçılar layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı. Sonunda Azərbaycan Respublikasının regionlarından olan gənclərin sağlam həyat tərzinin artırılması istiqamətində göstərdiyi diqqət və dəstəyə görə hamı Gənclər və İdman Nazirliyinə minnətdarlıq etdi. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|