|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda “Cənub bölgəsində narkomaniya və HİV/AİDS-ə qarşı mübarizə” mövzusunda “Təlimçilər üçün təlim” adlı zonal təlim kursu 2012-11-11 MAGİYA ictimai birliyi 10-11 noyabr tarixlərində Lənkəran şəhərində AB Qala otelində “Cənub bölgəsində narkomaniya və HİV/AİDS-ə qarşı mübarizə” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 3 müxtəlif rayonundan (Masallı, Astara və Lənkəran) olan 30 nəfər gənc üçün 2 günlük “Təlimçilər üçün təlim” adlı zonal təlim kursu təşkil etmişdir. Təlim kursunda 9 nəfər qız, 21 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında sağlam həyat tərzi və təlimçilik ilə əlaqədar bir çox mövzular – “HİV/AİDS, HİV/AİDS və narkomaniya, cari problemlər və onların həlli yolları, Dünya və ölkə statistikaları, menecment və liderlik, təlimçi və təlimçilik” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, fokus qrup müzakirələri, beyin həmləsi, debatlar və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Əlavə edək ki, təlim kursuda həmçinin Lənkəran Rayonlararası Narkoloji Dispanserin Baş həkimi cənab Vüqar Əliyev və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran Regional Laboratoriyasının müdiri cənab Rəmiəli İbişov da iştirak etmiş, iştirakçı gənclərlə özlərinin şəxsi bilik və təcrübələrini bölüşmüşlər. Təlim kursunun sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuşdur. İştirakçılar həmçinin cənub bölgəsində gənclər üçün belə bir mühüm layihənin həyata keçirilməsini təmin etdiyi üçün Gənclər və İdman Nazirliyinə minnətdarlıq etmişlər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|