|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda “Uşaq Hüquqları Konvensiyasının tədrisi” mövzusunda təlim kursu 2012-11-06 MAGİYA ictimai birliyi 06 noyabr tarixində Lənkəran şəhərində Həzi Aslanov adına 3 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinin elan etdiyi uşaq hüquqları aylığı çərçivəsində 33 nəfər məktəbli şagird üçün “Uşaq hüquqları konvensiyasının tədrisi” mövzusunda 1 günlük təlim kursu təşkil etmişdir. Təlim kursunda 17 nəfər qız və 16 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında uşaq hüquqları ilə əlaqədar bir çox mövzular – “BMT-nin uşaq hüquqları konvensiyası, uşaqların diskriminasiya, seksual və kommersiya istismarı və qanun pozuntusundan qorunması” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, fokus qrup müzakirələri, beyin həmləsi və debatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və uşaqların verdikləri sualları cavablandırmışlar. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|