|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda region gəncləri üçün yeni bir ekoloji layihənin icrasına başlanıldı 2025-09-20 “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi cari ilin 20 sentyabr tarixində Lənkəran şəhərindəki Lənkəran Gənclər Evində “İqlim dəyişmələri və onun ətraf mühitə təsirlərinə dair maarifləndirmə” layihəsi ilə əlaqədar 27 nəfər gənc üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi (9000 manat) ilə yarım günlük təlim kursu təşkil etmişdir. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil edilən təlim kursunda Lənkəran rayonu üzrə 16-29 yaş arası 27 nəfər gənc olmaqla, 18 nəfər qız və 9 nəfər oğlanın iştirakı təmin olunmuşdur. İctimai birliyin heyətindən başqa təlim kursunda qonaq qismində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi xanım Ülkər Nağızadə, təlimçi qismində Azərbaycan Universitetinin Təlim-Tədris Mərkəzinin müdiri, beynəlxalq sertifikatlı təlimçi, doktorant Samir Salayev, ekspert qismində isə Lənkəran rayon Vəkil Bürosunun üzvü – vəkil Feyruz Əmənullayev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar. Təlim kursunda işçi heyətlə iştirakçılar arasında iqlim dəyişmələri və onun ətraf mühitə təsirləri sahəsində bir çox mövzular – “İqlim dəyişmələri, onun ətraf mühitə və cəmiyyətə təsirləri, Ətraf mühitin qorunması, meşə və su ehtiyatlarının mühafizəsi, Tullantılar və onların idarə olunması, Təbii sərvətlər, onların növləri, alternativ enerji mənbələri və Ekologiya hüququ: Ekoloji qanunvericilik – təbiətdən istifadə və təbiəti mühafizə” müzakirə olunmuş və aidiyyəti mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Təlim zamanı müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə olunmuşdur. Təlimin sonunda bütün iştirakçılara müvafiq sertifikatlar və üstündə layihə adı yazılmış, QHT Agentliyinin və təşkilatın loqosu üzərində olan qısaqol köynəklər təqdim edilmişdir. Sonda iştirakçılar və təşkilatçılar, eləcə də qonaqlar və ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə yerli gənclər üçün belə bir aktual layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər. Qeyd edək ki, 01 avqust – 31 oktyabr 2025-ci il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi yerli gənclərin ekoloji şüur, ekoloji tərbiyə və ekoloji mədəniyyətinin inkişaf etdirilməsi ilə əlaqədar olaraq onların iqlim dəyişmələri və onun ətraf mühitə təsirləri barədə regional miqyasda maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir. Əlavə edək ki, növbəti təlim kursları Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə 27.09.2025-ci il tarixində Masallı, 04.10.2025-ci il tarixində Astara, 11.10.2025-ci il tarixində isə Cəlilabad şəhərində təşkil olunacaqdır. ![]() |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|