|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda cənub bölgəsində narkomaniya və HİV/AİDS-ə qarşı mübarizə başlandı 2012-09-24 MAGİYA ictimai birliyi 23-24 sentyabr tarixlərində Lənkəran şəhərində AB Qala otelində “Cənub bölgəsində narkomaniya və HİV/AİDS-ə qarşı mübarizə” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 8 müxtəlif rayonundan (Astara, Bakı, Beyləqan, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı və Şəki) olan 26 nəfər gənc üçün 2 günlük təlim kursu təşkil etmişdir. Təlim kursunda 11 nəfər qız, 15 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında sağlam həyat tərzi ilə əlaqədar bir çox mövzular – “HİV/AİDS, HİV/AİDS və narkomaniya, cari problemlər və onların həlli yolları, Dünya və ölkə statistikaları” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar səsvermə yolu ilə 10 fəal şəxsi 10-11 Noyabr 2012-ci il tarixində Lənkərandakı “Təlimçilər üçün təlim” adlı zonal təlim kursuna seçdilər. Onlar həmçinin cənub bölgəsində gənclər üçün belə bir mühüm layihənin həyata keçirilməsini təmin etdiyi üçün Gənclər və İdman Nazirliyinə minnətdarlıq etmişlər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|