|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Cənub bölgəsində ölkə gəncləri üçün erkən nikahlar və qohum evliliyi mövzusunda yeni bir layihə həyata keçirildi 2024-01-05 MAGİYA ictimai birliyi 05-07 yanvar 2024-cü il tarixlərində Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində Azərbaycanın 16 yaşayış məntəqəsindən (Bakı, Bərdə, Cəbrayıl, Goranboy, Göygöl, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qəbələ, Quba, Lənkəran, Masallı, Naxçıvan, Neftçala, Şəmkir, Tərtər) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə (8500 manat) “Erkən nikahların və qohum evliliyinin fəsadlarına dair profilaktik tədbirlər” mövzusunda 3 günlük nəzəri-praktik konfrans təşkil etmişdir. Nəzəri-praktik konfransda 7 nəfər oğlan və 18 nəfər qız iştirak etmişdir. Qeyd edək ki, nəzəri-praktik konfransdan öncə Azərbaycanın 36 müxtəlif yaşayış məntəqəsindən (Abşeron, Agcabədi, Ağdam, Ağstafa, Astara, Bakı, Bərdə, Biləsuvar, Cəbrayıl, Füzuli, Gəncə, Goranboy, Göygöl, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Qobustan, Quba, Laçın, Lerik, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan, Neftçala, Oğuz, Salyan, Sumqayıt, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yardımlı, Yevlax) 104 nəfər gənc ərizəçi (36 oğlan və 68 qız) tədbirdə iştirak etmək üçün təşkilata müraciət etmişdir. Təşkilatın heyətindən başqa nəzəri-praktik konfransda qonaq qismində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini xanım Könül Manafova, Ombudsman Aparatının Cənub Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov, ekspert qismində isə Lənkəran Rayon Vəkil Bürosunun vəkili və mediator cənab Zaur Qasımov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar. Nəzəri-praktik konfransda işçi heyətlə iştirakçılar arasında erkən nikahlar və qohum evliliyi məsələləri sahəsində bir çox mövzular – “Erkən nikahlar haqqında ümumi məlumat: BMT-nin Əhali Fondunun və Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarının təhlili, Erkən nikahların başvermə səbəbləri və erkən nikaha daxil olmanın sosial fəsadları, Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğulan uşaqların əsas hüquqi problemləri, Erkən nikahdan doğulan uşaqların təhsildən yayınması halları – təhsil hüququnun pozulması və nikahdan kənar doğulan uşaqların əsas sosial problemləri – uşaq əməyinin istismarı, Azərbaycanda klassik və müasir ailə dəyərləri, Qohum evliliyi və ona rəvac verən adət-ənənələr, Yetkinlik yaşına çatmayan qız uşaqlarının zorla ərə verilməsi, o cümlədən qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət, Erkən nikahların rəvac verdiyi məişət zorakılğı problemi və ailədaxili zorakılığa qarşı məsuliyyət, Erkən nikahların pozulması hallarında atalıq faktının və ananın yaşayış hüququnun tanınması, birgə nikah dövründə əldə edilən əmlakın və mülkiyyətin bölüşdürülməsi məsələləri və aliment öhdəlikləri, Azərbaycanda nikahlar və boşanmalar: mövcud vəziyyət və statistika, Məlumat bankı - Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Cəmiyyətdə erkən nikahların, qohum evliliyinin, habelə ana və uşaq ölümü hallarının və boşanmaların qarşısının alınması yolları, Qızların təhsilə cəlb edilməsi, azyaşlıların nikahına yol verilməməsi və reproduktiv sağlamlıqla bağlı maarıfləndirmə yolları” müzakirə olunmuşdur. Nəzəri-praktik konfransın keçirilməsi zamanı heyət təqdimatlar, beyin həmləsi, fokus qrup müzakirələri, interaktiv qrup işləri, debatlar və enercayzerlər kimi bir çox metodlarından geniş istifadə etmiş, eləcə də, bütün sessiya ərzində mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Nəzəri-praktik konfransın sonunda bütün iştirakçılara müvafiq təqdimatlar təqdim olunmuşdur. Sonda iştirakçılar və təşkilatçılar, eləcə də qonaqlar və ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Gənclər Fonduna gənclər üçün belə bir aktual layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər. Qeyd edək ki, layihənin məqsədi Azərbaycanda erkən nikahlar və qohum evliliyinin fəsadlarına dair profilaktik tədbirlər çərçivəsində gənclərin və gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarət olmuşdur. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|