|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Astarada yerli sakinlər üçün COVİD-19 xəstəliyinə qarşı ictimai aksiya keçirildi 2022-11-15 15 noyabr 2022-ci il tarixində Astara rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə Astara şəhərində MAGİYA ictimai birliyi tərəfindən “COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində gənclər və gənclər vasitəsilə əhali arasında sağlam həyat tərzinin təbliği” adlı layihə çərçivəsində ictimai aksiya keçirilmişdir. COVİD-19 pandemiyası ilə mübarizədə əhali arasında sağlam həyat tərzinin təbliğini özündə ehtiva edən layihə çərçivəsində Astara rayonunda 3 nəfər 18-29 yaşarası könüllü gənc müəyyən edilmiş, onlar üçün pandemiya dövründə davranış qaydalarına dair təlimat hazırlanmış, aidiyyəti sahədə bukletlər də daxil olmaqla, həmin könüllülər zəruri gigiyenik vasitələr (dezinfeksiyaedici spirt) və tibbi ləvazimatlarla (maska) təmin olunmuşdur. Təlimatlandırılmış və zəruri materiallarla təchiz edilmiş gənclər tərəfindən Astara rayonundakı ictimai yerlərdə sakinlərə 650 ədəd buklet, 100 ədəd tibbi maska və 25 ədəd dezinfeksiyaedici spirt paylanılmaqla, əhali arasında geniş maarifləndirmə və məlumatlandırma işləri aparılmışdır. Sonda layihədə könüllü fəaliyyət göstərən 3 nəfər gənc ictimai birlik tərəfindən müvafiq sertifikatlarla təltif olunmuşdur. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 5826,40 (beş min səkkiz yüz iyirmi altı manat qırx qəpik) manatlıq maliyyə dəstəyi ilə icra olunur. Layihənin məqsədi COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində gəncləri və gənclər vasitəsilə ictimaiyyəti məlumatlandırmaq, onları zəruri gigiyenik vasitələr və tibbi ləvazimatlarla, habelə maarifləndirici materiallarla təmin etmək və ictimai yerlərdə sağlam həyat tərzini geniş şəkildə təbliğ etməkdən ibarətdir. Layihənin müddəti 3 ay olmaqla, 12 sentyabr – 12 dekabr 2022-ci il tarixlərini əhatə edir. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|