|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəran və Bakıda gənclər üçün sosial hüquqlar mövzusunda yeni bir layihə həyata keçirildi 2022-08-23 MAGİYA ictimai birliyi 23-25 avqust 2022-ci il tarixlərində Lənkəran şəhərində yerləşən Lənkəran Gənclər Evində və 04 sentyabr 2022-ci il tarixlərində Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının ofisində 20 nəfər gənc üçün Avropa Şurasının maliyyə dəstəyi ilə (6455 manat) “Azərbaycanda sosial hüquqların təşviqində gənc işçilərin sosial bacarıqlarının artırılması” mövzusunda 3 və 1 günlük təlim kursları təşkil etmişdir. Təlim kurslarında 40 nəfərdən çox qız və oğlan iştirak etmişdir. Təşkilatın heyətindən başqa təlim kurslarında qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi cənab Teymur Babazadə də iştirak edərək özünün şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışdır. Təlim kurslarında heyətlə iştirakçılar arasında sosial hüquqlar sahəsində bir çox mövzular müzakirə olunmuşdur. Təlim kurslarının keçirilməsi zamanı heyət təqdimatlar, beyin həmləsi, fokus qrup müzakirələri, interaktiv qrup işləri, debatlar və enercayzerlər kimi bir çox metodlarından geniş istifadə etmiş, eləcə də, bütün sessiya ərzində mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Sonda iştirakçılar və təşkilatçılar, eləcə də qonaqlar layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Avropa Şurasına gənclər üçün belə bir aktual layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər. Qeyd edək ki, layihənin məqsədi ölkəmizdə sosial hüquqların təşviqində gənclərin mövcud bilik, bacarıq və təcrübələrini daha da inkişaf etdirməkdən ibarət olmuşdur. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|