|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda müxtəlif milli azlıq və etnik qruplardan olan gənclər üçün yeni bir milli layihə həyata keçirildi 2019-06-28 MAGİYA ictimai birliyi 28-30 iyun 2019-cu il tarixlərində Lənkəranda yerləşən “Palıdlı Sahil” İstirahət Mərkəzində ““Azərbaycanda yaşayan milli azlıqlar: mədəniyyətlərarası dialoq” mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 15 yaşayış məntəqəsindən (Astara, Bakı, Cəlilabad, Göygöl, İsmayıllı, Kürdəmir, Qax, Quba, Lənkəran, Naftalan, Sumqayıt, Şəmkir, Yardımlı, Yevlax, Zaqatala) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 6000 (altı min) manatlıq maliyyə dəstəyi ilə 3 günlük nəzəri-praktik konfrans (panel müzakirələr və infoturlar) təşkil etmişdir. Nəzəri-praktik konfransda müxtəlif milli azlıq və etnik qrupların nümayəndələrindən (Lahıclılar, avarlar, tatlar, ləzgilər, almanlar, kürdlər, qaraçılar, talışlar və qərbi azərbaycanlılar) ibarət 9 nəfər qız və 16 nəfər oğlan iştirak etmişdir. Qeyd edək ki, nəzəri-praktik konfransdan öncə Azərbaycanın 27 müxtəlif yaşayış məntəqəsindən (Ağdam, Ağsu, Astara, Bakı, Cəlilabad, Gəncə, Göyçay, Göygöl, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qax, Qazax, Quba, Lənkəran, Naftalan, Salyan, Sumqayıt, Şabran, Şamaxı, Şəki, Şəmkir, Tovuz, Yardımlı, Yevlax, Zaqatala, Zəngilan) 50 nəfər gənc ərizəçi (30 nəfər oğlan və 20 nəfər qız) nəzəri-praktik konfransda iştirak etmək üçün təşkilata müraciət etmişdir. Təşkilatın heyətindən başqa nəzəri-praktik konfransda qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Elbəy Fətəliyev iştirak edərək özünün şəxsi bilik və təcrübəsini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışdır. Nəzəri-praktik konfransda heyətlə iştirakçılar arasında multikulturalizm və toleyrantlıq sahəsində bir çox mövzular – “Azərbaycanda yaşayan milli azlıqlar və etnik qruplar, onların həyat tərzi, dilləri, dinləri, adət-ənənələri, mədəniyyət mərkəzləri, KİV və internet resursları” müzakirə olunmuşdur. Nəzəri-praktik konfransın keçirilməsi zamanı heyət müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə etmiş, eləcə də, bütün sessiya ərzində mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Bundan başqa, Lənkəran da daxil olmaqla, Lerik və Astara rayonlarına infoturlar (Lənkəran rayonu üzrə – M.A.Əliyev adına Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə səfər, Zövlə kəndində inkişaf etdirilən həsirçilik və Separadi kəndində yaşadılan dulusçuluq sənətləri ilə tanışlıq, Separadi kəndində fəaliyyət göstərən folklor və rəqs ansamblı olan “Nənələr” qrupu ilə görüş; Lerik rayonu üzrə – dünyanın yeganə uzunömürlülər muzeyi olan Lerik rayon Uzunömürlülər Muzeyinə səfər; Astara rayonu üzrə – Astara rayon Tarix-Diyarşünaslıq Muzeyinə səfər, Astara rayonunun Ərçivan qəsəbəsindəki XIX əsrə aid Ləm və Yanar Bulaq kompleksinə səfər, Astara dənizkənarı park-bulvar kompleksinə səfər) təşkil olunmuş və iştirakçılar üçün “https://www.facebook.com/Etno-Az%C9%99rbaycan-374029680132568/” adlı Facebook səhifəsi yaradılmışdır. Tədbir zamanı iştirakçılara “FUEN – Avropa Millətlərinin Federal İttifaqı (https://www.fuen.org/)” və MAGİYA ictimai birliyinin FUEN ilə sıx əməkdaşlığı barədə də ətraflı məlumat verilmişdir. Nəzəri-praktik konfransın sonunda bütün iştirakçılara sertifikatlar, milli azlıqlar və etnik qruplara dair müvafiq materiallar (aidiyyəti təqdimatlar və videoçarxlar) təqdim edilmişdir. Sonda bütün iştirakçılar, təşkilatçılar və qonaqlar layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına gənclər üçün belə bir aktual və faydalı layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər. Qeyd edək ki, 10 may – 10 avqust 2019-cu il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi Azərbaycanda yaşayan müxtəlif milli azlıqlar və etnik qrupların həyat tərzi, habelə onların dili, dini, adət-ənənələri, mədəniyyət mərkəzləri, KİV və internet resursları ilə yaxından tanış olmaq, respublikamızdakı multikulturalizm və toleyrantlıq modelini tədqiq və təbliğ etməkdən ibarətdir. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|