“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir layihə həyata keçirildi

2019-01-25

MAGİYA ictimai birliyi 25-27 yanvar 2019-cu il tarixlərində Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində Azərbaycanın 13 yaşayış məntəqəsindən (Astara, Bakı, Füzuli, Göyçay, Kürdəmir, Qazax, Lənkəran, Masallı, Naxçıvan, Oğuz, Sumqayıt, Şabran, Şəmkir) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə (6300 manat) “Yol hərəkəti qaydalarına hamılıqla riayət edək” mövzusunda 3 günlük təlim kursları təşkil etmişdir. Təlim kurslarında 15 nəfər oğlan və 10 nəfər qız iştirak etmişdir. Qeyd edək ki, təlim kurslarından öncə Azərbaycanın 24 müxtəlif yaşayış məntəqəsindən (Ağdaş, Astara, Bakı, Cəbrayıl, Füzuli, Gədəbəy, Gəncə, Göyçay, Xanlar, Kürdəmir, Qax, Qazax, Quba, Lənkəran, Masallı, Naxçıvan, Oğuz, Sabirabad, Sumqayıt, Şabran, Şəmkir, Yardımlı, Yevlax, Zərdab) 51 nəfər gənc ərizəçi (35 oğlan və 16 qız) təlim kurslarında iştirak etmək üçün təşkilata müraciət etmişdir. Təşkilatın heyətindən başqa təlim kurslarında qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Elbəy Fətəliyev, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin müfəttişi polis kapiatanı cənab Emil Vəliyev və Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi cənab Zaur Osmanov, ekspert qismində Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov, təlimçi qismində isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil cənab Ehtiram Fəttayev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar. Təlim kurslarında heyətlə iştirakçılar arasında yol hərəkəti qaydalarına dair bir çox mövzular – “Yol hərəkəti qaydaları haqqında ümumi məlumat, Yol hərəkəti iştirakçıları kimlərdir? Yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri nələrdən ibarətdir? Yol-nəqliyyat hadisələri ilə əlaqədar BMT-nin və ÜST-nın statistik məlumatları, Azərbaycanda yol-nəqliyyat hadisələrinin statistikası və onların təhlili, Gündəlik yol hərəkəti qaydaları hansılardır? Əsas yol hərəkəti nişanları və onların təsnifatı, DİN: Yol hərəkəti qaydalarının pozulması zamanı baş verən cinayət hadisələrinin statistikası, Gündəlik həyatda baş verən yol hərəkəti qaydalarının pozulması və onların səbəblərinin araşdırılması, Gündəlik həyatda baş verən yol-nəqliyyat hadisələri və onların fəsadlarının qiymətləndirilməsi, Gündəlik həyatda baş verən yol-qəza hadisələri və onların həlli yollarının müzakirəsi, Yol-qəza hadisələri ilə mübarizə sahəsində milli və beynəlxalq təcrübənin müqayisəli təhlili, Yol hərəkəti qaydalarının pozulmasına görə nəzərdə tutuan məsuliyyət – inzibati cərimələr, Yol-nəqliyyat hadisəsini törədən şəxsin əməlində məsuliyyətin müəyyən edilməsi və qanunun tətbiqi, Yol-nəqliyyat hadisəsinə məruz qalan şəxslərin hüquqlarının təmin olunması üsulları,Yol-nəqliyyat hadisələri ilə mübarizə sahəsində hüquqi savadsızlıq probleminə qarşı maarifləndirmə və məlumatlandırma kampaniyalarının aparılması mexanizmləri – sosial aksiyaların təşkili, Azərbaycanda yol-nəqliyyat hadisələri ilə mübarizə sahəsində aidiyyəti qurumların rolu, Azərbaycanda yol-nəqliyyat hadisələri ilə mübarizə sahəsində QHT-lərin yeri və rolu, Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilə biləcək müvafiq tədbirlər” müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı heyət interaktiv qrup müzakirələri, debatlar, simulyasiyalar, təqdimatlar, fokus qrup müzakirələri, rol oyunları və enercayzerlər kimi bir çox təlim metodlarından geniş istifadə etmiş, eləcə də, bütün sessiya ərzində mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Təlim kursunun sonunda bütün iştirakçılara sertifikatlar, yol hərəkəti qaydalarına dair müvafiq bukletlər və təqdimatlar təqdim edilmişdir. Sonda iştirakçılar və təşkilatçılar, eləcə də qonaqlar və ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Gənclər Fonduna gənclər üçün belə bir aktual layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər. Qeyd edək ki, layihənin məqsədi yol hərəkəti qaydaları ilə əlaqədar yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri sahəsində gənclərin və gənc jurnalistlərin ölkə miqyasında maarifləndirilməsi və məlumatlandırılmasından ibarət olmuşdur.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur