|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda ölkə gəncləri üçün yeni bir layihə həyata keçirildi 2018-08-10 MAGİYA ictimai birliyi 10-12 avqust 2018-cı il tarixlərində Lənkəran şəhərində yerləşən AB Qala otelində (“Lənkəran Mehmanxana” ASC) Azərbaycanın 18 yaşayış məntəqəsindən (Bakı, Bərdə, Cəlilabad, Füzuli, Gəncə, Goranboy, Göyçay, İmişli, Lerik, Masallı, Oğuz, Saatlı, Sumqayıt, Şabran, Tovuz, Yardımlı, Yevlax, Zəngilan) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə (5000 AZN) “Məişət zorakılığına qarşı ictimaiyyət arasında profilaktik tədbirlərin təşkili” mövzusunda 3 günlük təlim kursları təşkil etmişdir. Təlim kurslarında 13 nəfər oğlan və 12 nəfər qız iştirak etmişdir. Qeyd edək ki, təlim kurslarından öncə Azərbaycanın 37 müxtəlif yaşayış məntəqəsindən (Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Bakı, Balakən, Bərdə, Bilasuvar, Cəlilabad, Daşkəsən, Füzuli, Gəncə, Goranboy, Göyçay, İmişli, Kəlbəcər, Qəbələ, Lerik, Lənkəran, Masallı, Naxçıvan, Oğuz, Saatlı, Sabirabad, Siyəzən, Sumqayıt, Şabran, Şəki, Şəmkir, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zəngilan, Zərdab) 83 gənc ərizəçi (46 oğlan və 37 qız) təlim kurslarında iştirak etmək üçün təşkilata müraciət etmişdir. Təşkilatın heyətindən başqa təlim kurslarında qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Elbəy Fətəliyev, ekspert qismində Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov, təlimçi qismində isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil cənab Ehtiram Fəttayev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar. Təlim kurslarında heyətlə iştirakçılar arasında məişət zorakılığı və onunla mübarizə sahəsində bir çox mövzular – “Ailədaxili zorakılıq və ya məişət zorakılığı nədir? Kimlər məişət zorakılığının qurbanları hesab olunur? Ailədaxili zorakılığla əlaqədar BMT-nin və Avropa Şurasının statistik məlumatları, Azərbaycanda məişət zorakılığı ilə bağlı mövcud statistika – ailələrdə qadınlara qarşı zorakılıq səbəbindən baş verən ölüm və intihar halları və onların təhlili, Qadınlara qarşı zorakılığla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statistikası və onun təhlili, Ailə-məişət münaqişələri zəminində baş verən cinayət hadisələrinin statistikası və onların təhlili, Məişət zəmnində baş verən ailədaxili zorakılıq və onun səbəblərininin araşdırılması, Məişət zəmnində baş verən ailədaxili zorakılıq və onun fəsadlarının qiymətləndirilməsi, Məişət zəmnində baş verən ailədaxili zorakılıq və onun həlli yollarının müzakirəsi, Məişət zorakılığına məruz qalan şəxslərin müdafiə vasitələri, Məişət zorakılığı törədən şəxsin əməlində məsuliyyətin müəyyən edilməsi və qanunun tətbiqi, Məişət zoraklığına məruz qalan şəxslərin hüquqlarının təmin olunması üsulları, Ailədaxili zorakılıq və onunla mübarizə: milli və beynəlxalq təcrübə, Məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində hüquqi savadsızlıq probleminə qarşı maarifləndirmə və məlumatlandırma kampaniyalarının təşkili mexanizmləri, Azərbaycanda ailədaxili zorakılığla mübarizə sahəsində aidiyyəti qurumların və QHT-lərin yeri və rolu” müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı heyət interaktiv qrup müzakirələri, debatlar, simulyasiyalar, təqdimatlar, fokus qrup müzakirələri, rol oyunları və enercayzerlər kimi bir çox təlim metodlarından geniş istifadə etmiş, eləcə də, bütün sessiya ərzində mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Təlim kursunun sonunda bütün iştirakçılara sertifikatlar və məişət zorakılığı və onunla mübarizə sahəsində müvafiq materiallar (aidiyyəti təqdimatlar və videoçarxlar) təqdim edilmişdir. Sonda iştirakçılar və təşkilatçılar, eləcə də qonaqlar və ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına gənclər üçün belə bir aktual layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|