“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Cənub bölgəsində erkən nikahlar və insan alveri mövzusunda təlim kursları başa çatdı

2017-05-28

MAGİYA ictimai birliyi 27-28 may tarixlərində Lənkəran şəhərində AB Qala otelində “Erkən nikahın iştirakçıları potensial insan alveri qurbanlarıdır” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 5 müxtəlif rayonundan (Astara, Biləsuvar, Lənkəran, Masallı və Sabirabad) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi (4661 AZN) ilə 2 günlük təlim kursu təşkil etmişdir. Təlim kursunda 13 nəfər qız və 12 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Elbəy Fətəliyev də iştirak etmiş və gənclərlə öz bilik və təcrübələrini bölüşmüşlər. Təlim kursunda heyətlə iştirakçılar arasında erkən nikahlar və insan alveri mövzusunda bir sıra məsələlər – “Erkən nikah nədir, erkən nikahlar üzrə dünya və ölkə statistikası, Erkən nikahın səbəbləri, fəsadları və profilaktikası: milli qanunvericilikdə nikah yaşının təfsiri, İnsan alveri haqqında ümumi məlumat: insan alveri qurbanları kimlərdir – risk qrupları, İnsan alverinin başvermə səbəbləri və insan alverinə cəlbetmə yolları, İnsan alveri kontekstində mənşə, tranzit və təyinat ölkəsi anlayışları, redmissiya və repatriasiya, İnsan alveri qurbanlarının ehtiyacları və problemləri, onlarla davranış və ünsiyyət qaydaları, İnsan alveri qurbanlarının reabilitasiyası – əsas prinsiplər, insan alveri qurbanlarına qarşı stereotiplərin aradan qaldırılması, qurbanların inteqrasiya və reinteqrasiya məsələləri, İnsan alveri ilə mübarizə yolları: Aidiyyəti qurumlar, QHT-lər və KİV-lər arasında əməkdaşlıq, Miqrant kimdir: qanuni və qeyri-qanuni miqrantlar, Miqrasiya nədir: emiqrasiya və immiqrasiya prosesləri – viza və deportasiya anlayışları” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Təlim kursunun sonunda bütün iştirakçılara müvafiq bukletlər və sertifikatlar təqdim edilmişdir. Sonda bütün iştirakçılar cənub bölgəsində gənclər üçün belə bir mühüm layihənin həyata keçirilməsini təmin etdiyi üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə minnətdarlıq etmişlər.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur