|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda turizm və turizm bələdçiliyi mövzusunda olan milli layihənin mətbuat konfransı keçirildi 2017-01-11 11 fevral 2017-ci il tarixində MAGİYA ictimai birliyi Lənkəran şəhərindəki ofisində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə (6500 AZN) həyata keçirilən “Gənclər üçün turizm bələdçiliyi üzrə qış məktəbi” layihəsinin bitməsi ilə əlaqədar mətbuat konfransı təşkil etmişdir. Tədbirdə 20 nəfərə yaxın KİV, hökumət, QHT və Gənclər təşkilatlarının nümayəndələri iştirak etmişdir. Tədbir zamanı təşkilatın nümayəndələri iştirakçılara mövcud layihənin uğurları və davamlı nəticələri barədə qısa məlumatlar vermişlər. Layihənin məqsədi turizm və turizm bələdçiliyi sahəsində gənclərin maarifləndirilməsi və məlumatlandırılmasından ibarət olmuşdur. Tədbir zamanı bəzi iştirakçılar cari layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, ölkə gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı. Sonda hamı Azərbaycan Respublikasının gənclərinin bilik və bacarıqlarının gücləndirilməsinin yüksəldilməsi istiqamətində göstərdiyi diqqət və dəstəyə görə layihənin donoruna minnətdarlıq etdi. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|