“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Lənkəranda ölkə gəncləri üçün daha bir yeni layihə həyata keçirildi

2016-07-17

MAGİYA ictimai birliyi 15-17 iyul 2016-cı il tarixlərində Lənkəran şəhərində yerləşən AB Qala otelində Azərbaycanın 16 yaşayış məntəqəsindən (Abşeron, Bakı, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Xaçmaz, Qazax, Lənkəran, Naxçıvan, Neftçala, Sabirabad, Sumqayıt, Şabran, Yardımlı, Yevlax) olan 26 nəfər gənc üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə (6700 AZN) “Erkən nikahlar valideyn məsuliyyətsizliyinin və ictimai qınaqsızlığın nəticəsidir” mövzusunda 3 günlük təlim kursları təşkil etmişdir. Təlim kurslarında 13 nəfər oğlan və 13 nəfər qız iştirak etmişdir. Qeyd edək ki, təlim kurslarından öncə Azərbaycanın 25 müxtəlif yaşayış məntəqəsindən (Abşeron, Ağdam, Bakı, Bərdə, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Xaçmaz, İsmayıllı, Qazax, Lerik, Lənkəran, Naxçıvan, Neftçala, Sabirabad, Salyan, Sumqayıt, Şabran, Şəki, Yardımlı, Yevlax) 83 nəfər gənc ərizəçi (36 oğlan və 47 qız) təlim kurslarında iştirak etmək üçün təşkilata müraciət etmişdir. Təşkilatın heyətindən başqa təlim kurslarında qonaq qismində Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçiləri cənab Asif İmanlı və cənab Cavad Miriyev, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi cənab Yalçın Əhmədov, ekspert qismində isə “Lənkəran Hüquq Mərkəzi” MMC-nin direktoru cənab Ehtiram Fəttayev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar. Təlim kurslarında heyətlə iştirakçılar arasında erkən nikahlar və onun fəsadları sahəsində bir çox mövzular – “Erkən nikahlar haqqında ümumi məlumat: BMT-nin Əhali Fondundan və Dövlət Statistika Komitəsindən verilən rəsmi məlumatların təhlili; Erkən nikahların başvermə səbəbləri və erkən nikaha daxil olmanın sosial fəsadları; Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğulan uşaqların əsas hüquqi problemləri; Erkən nikahdan doğulan uşaqların təhsildən yayınması halları – təhsil hüququnun pozulması; Nikahdan kənar doğulan uşaqların əsas sosial problemləri – uşaq əməyinin istismarı; Azərbaycanda qızlar və oğlanlar üçün nikah yaşı: Ailə və Cinayət məcəlləsinin təfsiri; Yetkinlik yaşına çatmayan qız uşağlarının zorla ərə verilməsi, o cümlədən qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət; İnsan alveri kontekstində qızların qaçırılması halları və buna görə məsuliyyət; Erkən nikahların pozulması hallarında atalıq faktının və ananın yaşayış hüququnun tanınması, birgə nikah dövründə əldə edilən əmlakın və mülkiyyətin bölüşdürülməsi məsələləri və aliment öhdəlikləri üzrə məhkəmə çəkişmələri; Erkən nikahların rəvac verdiyi məişət zorakılğı problemi və ailədaxili zorakılığa qarşı məsuliyyət; Cəmiyyətdə erkən nikahların, körpə və ana ölümü hallarının və boşanmaların qarşısının alınması yolları; Qızların təhsilə cəlb edilməsi, azyaşlıların nikahına yol verilməməsi və reproduktiv sağlamlıqla bağlı maarıfləndirmə yolları; Adət və ənənələrin əsas tərkib hissələrindən biri hesab edilən erkən nikahlara qarşı gənc qızlarda məişət və sosial həyatda seçim etmək mədəniyyətinin formalaşdırılması – stereotiplərin aradan qaldırılması; Erkən nikahlarla mübarizə yolları: cəmiyyətdə valideyn məsuliyyətinin və ictimai qınağın artırılması istiqamətində Aidiyyəti qurumlar, QHT-lər və KİV-lər arasında əməkdaşlığın inkişaf etdirilməsi” müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı heyət interaktiv qrup müzakirələri, debatlar, simulyasiyalar, təqdimatlar, fokus qrup müzakirələri, rol oyunları və enercayzerlər kimi bir çox təlim metodlarından geniş istifadə etmiş, eləcə də, bütün sessiya ərzində mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Təşkilatçılar həmçinin iştirakçılarla layihə ilə bağlı gələcək fəaliyyətləri, xüsusilə də, layihə çərçivəsində həyata keçirilən tədbirlərin nailiyyətləri, nəticə və yekunu barədə 06 avqust 2016-cı il tarixində Lənkəranda mətbuat konfransının təşkilini də müzakirə etmişlər. Təlim kursunun sonunda bütün iştirakçılara sertifikatlar, erkən nikahlar və onun fəsadları barədə müvafiq təqdimatlar təqdim edilmişdir. Sonda iştirakçılar və təşkilatçılar, eləcə də qonaqlar və ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna gənclər üçün belə bir aktual layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur