|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda Milli Məclisə seçkilərin keçirilməsi mövzusunda olan milli layihənin mətbuat konfransı keçirildi 2015-11-07 07 Noyabr 2015-ci il tarixində MAGİYA ictimai birliyi Lənkəran şəhərindəki ofisində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə (7000 AZN) həyata keçirilən “Parlament seçkilərində gənc seçicilərin məlumatlılığının və iştirakçılığının artırılması” layihəsinin bitməsi ilə əlaqədar mətbuat konfransı təşkil etmişdir. Tədbirdə 15 nəfərə yaxın KİV, hökumət, QHT və Gənclər təşkilatlarının nümayəndələri iştirak etmişdir. Tədbir zamanı təşkilatın nümayəndələri iştirakçılara mövcud layihənin uğurları və davamlı nəticələri barədə qısa məlumatlar vermişlər. Layihənin məqsədi Milli Məclisə seçkilərin keçirilməsi sahəsində gənclərin maarifləndirilməsi və məlumatlandırılmasından ibarət olmuşdur. Tədbir zamanı bəzi iştirakçılar cari layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, ölkə gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı. Sonda Azərbaycan Respublikasının gənclərinin bilik və bacarıqlarının gücləndirilməsinin yüksəldilməsi istiqamətində göstərdiyi diqqət və dəstəyə görə hamı layihənin donoruna minnətdarlıq etdi. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|