|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Cənub bölgəsində gənclər üçün Milli Məclisə seçkilərin keçirilməsi mövzusunda təlim kursları 2015-10-11 MAGİYA ictimai birliyi 09-11 oktyabr 2015-ci il tarixlərində Lənkəran şəhərində yerləşən AB Qala otelində Azərbaycanın 14 müxtəlif yaşayış məntəqəsindən (Ağstafa, Astara, Bakı, Bərdə, Gəncə, Qax, Qazax, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Yardımlı və Yevlax) olan 26 nəfər gənc üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə (7000 AZN) “Parlament seçkilərində gənc seçicilərin məlumatlılığının və iştirakçılığının artırılması” mövzusunda 3 günlük təlim kursları təşkil etmişdir. Təlim kurslarında 19 nəfər oğlan və 7 nəfər qız iştirak etmişdir. Qeyd edək ki, təlim kurslarından öncə Azərbaycanın 25 müxtəlif yaşayış məntəqəsindən (Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Bakı, Bərdə, Biləsuvar, Daşkəsən, Gəncə, Goranboy, İmişli, Kürdəmir, Qax, Qazax, Lerik, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şəmkir, Tovuz, Yardımlı və Yevlax) 71 gənc ərizəçi (42 oğlan və 29 qız) təlim kurslarında iştirak etmək üçün təşkilata müraciət etmişdir. Təşkilatın heyətindən başqa təlim kurslarında qonaq qismində Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər Şöbəsinin Baş məsləhətçiləri xanım Könül Manafova və cənab Aydın Məmmədov, həmçinin Lənkəran şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi cənab Mehman Əliyev, ekspert qismində isə 73 saylı Lənkəran şəhər Seçki Dairəsinin katibi cənab Samid Abbasov və dairənin üzvü cənab Malik Baxşiyev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçıların suallarını cavablandırmışlar. Təlim kurslarında heyətlə iştirakçılar arasında Milli Məclisə seçkilərin keçirilməsi sahəsində bir çox mövzular – “Azərbaycan Respublikasının Seçki Məcəlləsi: əsas anlayışlar və prinsiplər, Seçkilərdə və referendumda iştirakın prinsipləri: ümumi, bərabər və birbaşa seçki hüququ, Aktiv və passiv seçki hüququnun mənsubiyyəti, Vətəndaşların səsvermədə iştirak etmədikləri hallar, Seçki və referendum orqanları: seçki (referendum) komissiyaları sistemi (MSK, DSK, MnSK), Seçici (referendumda iştirak etmək hüququ olan vətəndaşların) siyahıları, Siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkilərdə (referendumda) iştirakının əsasları, Seçkilər zamanı namizədlərin irəli sürülməsi və qeydiyyatı, Seçkilərin (referendumun) keçirilməsi: səsvermənin təşkili (səsvermə otağı, seçki bülletenləri və səsvermə protokolları, seçki qutuları, səsvermə qaydası və səslərin hesablanması və s.), Vətəndaşların seçki hüquqlarının pozulmasından şikayət və vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət, Milli Məclis deputatlarının seçkilərinə dair ümumi müddəalar, Milli Məclisə seçkilər zamanı deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması və Milli Məclisə seçkilərin keçirilməsi: səsvermə otağı, seçki bülletenləri, səsvermə qaydası” müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı heyət interaktiv qrup müzakirələri, debatlar, simulyasiyalar, təqdimatlar, fokus qrup müzakirələri, rol oyunları və enercayzerlər kimi bir çox təlim metodlarından geniş istifadə etmiş, eləcə də, bütün sessiya ərzində mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Təşkilatçılar həmçinin iştirakçılarla layihə ilə bağlı gələcək fəaliyyətləri, xüsusilə də, layihə çərçivəsində həyata keçirilən tədbirlərin nailiyyətləri, nəticə və yekunu barədə 07 noyabr 2015-ci il tarixində Lənkəranda mətbuat konfransının təşkilini də müzakirə etmişlər. Təlim kursunun sonunda bütün iştirakçılara sertifikatlar və Milli Məclisə seçkilərin keçirilməsi sahəsində müvafiq bukletlər təqdim edilmişdir. Sonda iştirakçılar və təşkilatçılar, eləcə də qonaqlar və ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna gənclər üçün belə bir aktual layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|