|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda seçki hüququ mövzusunda olan zonal layihənin mətbuat konfransı keçirildi 2014-12-22 22 Dekabr 2014-cü il tarixində MAGİYA ictimai birliyi Lənkəran şəhərindəki ofisində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə (5000 AZN) həyata keçirilən “Bələdiyyə seçkilərində gənclərin fəallığının və iştirakçılığının artırılması” layihəsinin bitməsi ilə əlaqədar mətbuat konfransı təşkil etmişdir. Tədbirdə 20 nəfərə yaxın KİV, hökumət, QHT və Gənclər təşkilatlarının nümayəndələri iştirak etmişdir. Tədbir zamanı təşkilatın nümayəndələri iştirakçılara mövcud layihənin uğurları və davamlı nəticələri barədə qısa məlumatlar vermişlər. Layihənin məqsədi yerli icra hakimiyyəti, bələdiyyələr və dairə seçki komissiyaları ilə sıx əməkdaşlıq çərçivəsində bələdiyyə seçkilərində gənclərin fəallığının və iştirakçılığının artırılmasından ibarət olmuşdur. Tədbir zamanı bəzi iştirakçılar cari layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı. Sonda Azərbaycan Respublikasının regionlarından olan gənclərinin bilik və bacarıqlarının gücləndirilməsinin yüksəldilməsi istiqamətində göstərdiyi diqqət və dəstəyə görə hamı layihənin donoruna minnətdarlıq etdi. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|