|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda qadınlar və gənclər üçün seçki məlumatlandırması kampaniyası başa çatdı 2014-09-19 MAGİYA ictimai birliyi 19 sentyabr 2014-cü il tarixində MAGİYA ictimai birliyinin ofisində “Azərbaycanda demokratik təşəbbüslərə dəstək” layihəsi çərçivəsində 20 nəfərə yaxın gənc üçün bir günlük görüş təşkil etmişdir. “Bələdiyyə seçkilərində seçicilərin və namizədlərin iştirak hüquqları barədə video kliplər” adlı görüşdə heyətlə iştirakçılar arasında 2 video klip izlənilmişdir. Görüş zamanı bəzi iştirakçılar cari layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı. Qeyd edək ki, Azərbaycan Gənclər İttifaqının BMT-nin Demokratiya Fondunun (UNDEF) maliyyə dəstəyi ilə 01 yanvar 2013-cü il – 31 dekabr 2014-cü il tarixlərində icra edilən “Azərbaycanda Demokratik Təşəbbüslərə Dəstək” layihəsi çərçivəsində bələdiyyə seçkilərində seçici kimi iştirak hüququ barədə və bələdiyyəyə üzv seçilmək hüququ barədə maarifləndirmə videoçarxları hazırlamışdır. Həmin videoçarxları diqqətinizə çatdırırıq: https://www.youtube.com/watch?v=r4iR9jGBz_E&feature=youtu.be və https://www.youtube.com/watch?v=67x1B_GqTlc&feature=youtu.be. Əlavə edək ki, layihə üzrə Lənkəran şəhərində tərəfdaş təşkilat “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyidir. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|