|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda “Korporativ sosial məsuliyyət siyasətinin formalaşdırılmasına ictimai dəstək” adlı böyük bir layihəyə start verildi 2013-10-01
MAGİYA
ictimai birliyi Lənkəranda “Korporativ
sosial məsuliyyət siyasətinin formalaşdırılmasına
ictimai dəstək” adlı böyük bir layihənin həyata keçirilməsinə
başlamışdır. Layihə 01 oktyabr – 27 dekabr 2013-cü il tarixlərini əhatə
edəcəkdir. Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin
maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 3595 AZN təşkil edir.
Layihənin əsas məqsədi korporativ
sosial məsuliyyət siyasətinin formalaşmasında gənclərin və ictimaiyyətin
maarifləndirilməsi və məlumatlandırılmasından ibarətdir. Eyni zamanda, layihə çərçivəsində həyata keçirilən
tədbirlərin nailiyyətləri, nəticə və
yekunu barədə 18 dekabr 2013-cü il tarixində
Lənkəranda mətbuat konfransının təşkili də nəzərdə tutulmuşdur. Layihədə
iştirak etmək istəyən gənclər 01 noyabr 2013-cü il
tarixinə qədər təşkilata müraciət edə bilərlər.
|
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|