“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Cənub bölgəsində gənclər üçün “Özünü və ətrafdakıları HİV/AİDS və narkomaniyadan qoru!” adlı yeni bir layihəyə start verildi

2013-10-01

MAGİYA ictimai birliyi Lənkəranda “Özünü və ətrafdakıları HİV/AİDS və narkomaniyadan qoru!” adlı yeni bir layihənin həyata keçirilməsinə başlamışdır. Layihə 01 oktyabr – 27 dekabr 2013-cü il tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 5500 AZN təşkil edir. Layihənin məqsədi regionda narkomaniya və HİV/AİDS-ə qarşı mübarizədə gənclərin ictimai fəallığının artırılması, gənclərin sağlamlıq və sağlam həyat tərzi məsələləri barədə geniş maarifləndirilməsi və məlumatlandırılmasından ibarətdir. Layihə çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarının hər biri üzrə 18-29 yaş arası 25 nəfər gənc seçiləcək və onlar üçün Lənkəranda 30-31 oktyabr, Masallıda 06-07 noyabr və Astarada 13-14 noyabr tarixlərində 2 günlük təlim kursları keçiriləcəkdir. 04-05 dekabr tarixində isə keçirilən təlim kurslarında fəal iştirak etmiş gənclərdən hər bir rayon üzrə 10 nəfər olmaqla təşkilatçılar tərəfindən ümumilikdə 30 nəfər gənc seçiləcək və onlar üçün Lənkəranda “Təlimçilər üçün təlim” adlı zonal təlim kursu təşkil olunacaqdır. Eyni zamanda, təşkilatçılar tərəfindən zonal təlim kursunda iştirak edən gənclərlə Lənkəran Rayonlararası Narkoloji Dispanserin və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran Regional Laboratoriyasının mütəxəssisləri arasında müvafiq görüşlərin təşkil olunması da planlaşdırılır. Bununla yanaşı, layihə çərçivəsində həyata keçirilən tədbirlərin nailiyyətləri, nəticə və yekunu barədə 18 dekabr 2013-cü il tarixində Lənkəranda mətbuat konfransının təşkili də nəzərdə tutulmuşdur.

Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur