|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Cənub bölgəsində “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliyi üçün əməkdaşlığın gücləndirilməsi – III faza” adlı daha bir layihəyə start verildi 2013-09-01 MAGİYA ictimai birliyi cənub bölgəsində “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliyi üçün əməkdaşlığın gücləndirilməsi – III faza” adlı daha bir layihənin həyata keçirilməsinə başlamışdır. Layihə 01 sentyabr 2013-cü il – 28 fevral 2014-cü il tarixlərini əhatə edəcəkdir. Layihə Beynəlxalq Miqrasiya Təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 1800 manat təşkil edir. Layihənin məqsədi icmalarda məktəb şagirdlərini, universitet tələbələrini, gəncləri və digər tərəfləri bilgiləndirmək və sonradan insan alverinin qarşısının alınması və öz icmalarında həmyaşıdları arasında təhlükəsiz miqrasiya barədə məlumatları yaymaqdan ibarətdir. Eyni zamanda, layihə çərçivəsində həyata keçirilən tədbirlərin nailiyyətləri, nəticə və yekunu barədə 14 fevral 2014-cü il tarixində Lənkəranda mətbuat konfransının təşkili də nəzərdə tutulmuşdur |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|