|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Cənub bölgəsində “Azərbaycanda demokratik təşəbbüslərə dəstək” adlı yeni bir layihəyə start verildi 2013-04-01 MAGİYA ictimai birliyi Lənkəranda “Azərbaycanda demokratik təşəbbüslərə dəstək” adlı yeni bir layihənin həyata keçirilməsinə başlamışdır. Layihə 01 aprel 2013-cü il – 30 sentyabr 2014-cü il tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Gənclər İttifaqının və Birləşmiş Millətlər Təşkilatının Demokratiya Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 2342 AZN təşkil edir. Layihənin əsas məqsədi qadın və gənclərin (xüsusi ilə ilk dəfə səs verən) seçkilərdə iştirakçılığının artırılması, eləcə də, bu kateqoriyadan olan vətəndaşların yerli özünü idarəetmə strukturları olaraq bələdiyyə qurumlarında təmsil olunma səviyyəsini, sayını və keyfiyyətini artırmaqdan ibarətdir. Eyni zamanda, layihə çərçivəsində həyata keçirilən tədbirlərin nailiyyətləri, nəticə və yekunu barədə 12 sentyabr 2014-cü il tarixində Lənkəranda mətbuat konfransının təşkili də nəzərdə tutulmuşdur. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|