|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Cənub bölgəsində “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliyi üçün əməkdaşlığın gücləndirilməsi – III faza” adlı yeni bir layihəyə start verildi 2012-10-19 MAGİYA ictimai birliyi Lənkəranda “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliyi üçün əməkdaşlığın gücləndirilməsi – III faza” adlı yeni bir layihənin həyata keçirilməsinə başlamışdır. Layihə 19 oktyabr 2012-ci il – 28 fevral 2014-cü il tarixlərini əhatə edəcəkdir. Layihə Beynəlxalq Miqrasiya Təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 9900 Dollar təşkil edir. Bu layihə, Azərbaycanda aidiyyəti dövlət qurumlarına və vətəndaş cəmiyyəti tərəfdaşlarına potensialların artırılması və texniki yardım vasitəsilə insan alveri ilə mübarizədə hüquqi ədaləti artırmaq və insan alveri qurbanlarına/potensial qurbanlara, əsasən də işçi miqrantlar, qadınlar və uşaqlara müvafiq yardım xidmətlərinin göstərilməsində müdafiə mexanizmini inkişaf etdirmək məqsədi daşıyır. Eyni zamanda, layihə çərçivəsində həyata keçirilən tədbirlərin nailiyyətləri, nəticə və yekunu barədə 14 fevral 2014-cü il tarixində Lənkəranda mətbuat konfransının təşkili də nəzərdə tutulmuşdur. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|