“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Cənub bölgəsində region gəncləri üçün insan alverinə dair yeni bir layihənin icrasına başlanıldı

2026-05-01

Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində “İnsan alverinə qarşı mübarizə maariflənmədən başlayır” adlı regional layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 8000 (səkkiz min) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi insan alveri və insan alverinə qarşı mübarizə barədə gənclərin regional miqyasda maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir. Layihənin müddəti 3 ay olmaqla, 01 may – 31 iyul 2026-cı il tarixlərini əhatə edir. Layihə çərçivəsində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə 11.06.2026-cı il tarixində Cəlilabad,  18.06.2026-cı il tarixində Masallı,  25.06.2026-cı il tarixində Astara və  02.07.2026-cı il tarixində Lənkəran şəhərində 16-29 yaş arası 25 nəfər gənc üçün yarım günlük təlim kursu təşkil olunacaqdır. Məlumat üçün bildiririk ki, təlim kursunda iştirak etmək istəyən gənclər MAGİYA ictimai birliyinin www.epsaya.az adlı internet səhifəsinin “Yeniliklər” bölümünün “Elanlar” hissəsində məlumatla ətraflı tanış olub ictimai birliklə əlaqə saxlaya bilərlər. Əlavə edək ki, təlim kurslarında iştirak edən gənclərə MAGİYA ictimai birliyi tərəfindən müvafiq sertifikatlar təqdim olunacaqdır. 

Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur