“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Cənub bölgəsində region gəncləri üçün yeni bir ekoloji layihənin icrasına başlanıldı

2025-08-01

Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində “İqlim dəyişmələri və onun ətraf mühitə təsirlərinə dair maarifləndirmə” adlı regional layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 9000 (doqquz min) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi yerli gənclərin ekoloji şüur, ekoloji tərbiyə və ekoloji mədəniyyətinin inkişaf etdirilməsi ilə əlaqədar olaraq onların iqlim dəyişmələri və onun ətraf mühitə təsirləri barədə regional miqyasda maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir. Layihənin müddəti 3 ay olmaqla, 01 avqust – 31 oktyabr 2025-ci il tarixlərini əhatə edir. Layihə çərçivəsində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə 20.09.2025-ci il tarixində Lənkəran, 27.09.2025-ci il tarixində Masallı, 04.10.2025-ci il tarixində Astara və 11.10.2025-ci il tarixində Cəlilabad şəhərində 16-29 yaş arası 25 nəfər gənc üçün yarım günlük təlim kursu təşkil olunacaqdır. Məlumat üçün bildiririk ki, təlim kursunda iştirak etmək istəyən gənclər MAGİYA ictimai birliyinin www.epsaya.az adlı internet səhifəsinin “Yeniliklər” bölümünün “Elanlar” hissəsində məlumatla ətraflı tanış olub ictimai birliklə əlaqə saxlaya bilərlər. Əlavə edək ki, təlim kurslarında iştirak edən gənclərə MAGİYA ictimai birliyi tərəfindən müvafiq sertifikatlar və üstündə layihə adı yazılmış, QHT Agentliyinin və təşkilatın loqosu üzərində olan qısaqol köynəklər təqdim olunacaqdır.

Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur