|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda “Gənc ailələrdə boşanmaların artması – cəmiyyətin problemi kimi” adlı yeni bir milli layihənin icrasına başlanıldı 2024-06-01 MAGİYA ictimai birliyi Lənkəranda “Gənc ailələrdə boşanmaların artması – cəmiyyətin problemi kimi” adlı yeni bir layihəni həyata keçirməyə başlamışdır. Layihə 01 iyun – 31 avqust 2024-cü il tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 9000 manat təşkil edir. Layihənin məqsədi Azərbaycanda artmaqda olan boşanmalara və buna rəvac verən məişət zorakılığına qarşı ictimai mübarizəni gücləndirmək məqsədi ilə gənclərin və gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir. Layihə çərçivəsində coğrafi və gender balans nəzərə alınmaqla, elektron ərizə əsasında respublika üzrə 18-29 yaşarası 25 nəfər gənc və gənc ailə seçiləcək və onlar üçün boşanmalar və məişət zorakılığı mövzusunda Lənkəranda 12-14 iyul tarixlərində 3 günlük nəzəri-praktik konfrans təşkil olunacaqdır. Layihədə iştirak etmək istəyən gənclər və gənc ailələrin təmsilçiləri 30 iyun 2024-cü il, saat 24.00-adək təşkilata müvafiq ərizə ilə (https://docs.google.com/forms/d/1snamoP3qlEB93iBw9ROqZujSDT7rPNjyG_d-c1-Hu7Q/edit) müraciət edə bilərlər. Müvafiq nəticələr 08 iyul 2024-cü il tarixinədək açıqlanacaqdır. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|