|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda “Erkən nikahların və qohum evliliyinin fəsadlarına dair profilaktik tədbirlər” adlı yeni bir layihənin icrasına başlanıldı 2023-12-01 MAGİYA ictimai birliyi Lənkəranda “Erkən nikahların və qohum evliliyinin fəsadlarına dair profilaktik tədbirlər” adlı yeni bir layihəni həyata keçirməyə başlamışdır. Layihə 01 dekabr 2023-cü il – 29 fevral 2024-cü il tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 8500 manat təşkil edir. Layihənin məqsədi Azərbaycanda erkən nikahlar və qohum evliliyinin fəsadlarına dair profilaktik tədbirlər çərçivəsində gənclərin və gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir. Layihə çərçivəsində coğrafi və gender balans nəzərə alınmaqla, ölkə üzrə 18-29 yaş arası 25 nəfər gənc və gənc ailə təmsilçisi seçilərək onlar üçün erkən nikahlar və qohum evliliyi mövzusunda Lənkəranda 2024-cü ilin 05-07 yanvar tarixlərində 3 günlük nəzəri-praktik konfrans təşkil olunacaqdır. Layihədə iştirak etmək istəyən gənclər 20 dekabr 2023-cü il, saat 24.00-adək təşkilata müvafiq ərizə ilə (https://docs.google.com/forms/d/e/1FAIpQLSexZPWehkMDbFIemY4rpY7PbkD5NvXxLg85jQzrFBU5kUeq0A/viewform) müraciət edə bilərlər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|