|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda “Azərbaycanda qadın hüquqlarının təbliğ olunması və qadınların ictimai iştirakçılığının artırılması mövzusunda tədbirlərin təşkili” adlı yeni bir milli layihənin icrasına başlanıldı 2023-07-01 MAGİYA ictimai birliyi Lənkəranda “Azərbaycanda qadın hüquqlarının təbliğ olunması və qadınların ictimai iştirakçılığının artırılması mövzusunda tədbirlərin təşkili” adlı yeni bir layihəni həyata keçirməyə başlamışdır. Layihə 01 iyul – 30 sentyabr 2023-cü il tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 8000 manat təşkil edir. Layihənin məqsədi Azərbaycanda ailə, qadın, uşaq və gender məsələlərinin aktuallığını gündəmə gətirməklə, cəmiyətimizdə qadın hüquqlarının və qadınların ictimai iştirakçılığının təbliği və təşviqi sahəsində gənclərin, xüsusilə də, gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, habelə ailələrin dağılmasına və boşanmaların artmasına səbəb olan məişət zorakılığı ilə mübarizəni gücləndirməkdən ötrü bu istiqamətdə geniş profilaktik və preventiv tədbirlərin həyata keçirilməsindən ibarətdir. Layihə çərçivəsində coğrafi və gender balans nəzərə alınmaqla, elektron ərizə əsasında respublika üzrə 18-35 yaşarası 22 nəfər gənc və gənc ailə seçiləcək və onlar üçün qadın hüquqları və qadınların ictimai iştirakçılığı mövzusunda Lənkəranda 25-27 avqust tarixlərində 3 günlük nəzəri-praktik konfrans təşkil olunacaqdır. Layihədə iştirak etmək istəyən gənclər və gənc ailələrin təmsilçiləri 11 avqust 2023-cü il, saat 24.00-adək təşkilata müvafiq ərizə ilə (https://docs.google.com/forms/d/e/1FAIpQLSeUxbKZAWYxcLTIxAQDgBiOL9NUmHNftElJSL9-uAfoJ838yg/viewform) müraciət edə bilərlər. Müvafiq nəticələr 20 avqust 2023-cü il tarixində açıqlanacaqdır. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|