|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda “Gender əsaslı zorakılıq və məişət zorakılığına qarşı ictimai mübarizə” adlı yeni bir layihənin icrasına başlanıldı 2022-12-20 MAGİYA ictimai birliyi Lənkəranda “Gender əsaslı zorakılıq və məişət zorakılığına qarşı ictimai mübarizə” adlı yeni bir layihəni həyata keçirməyə başlamışdır. Layihə 20 dekabr 2022-ci il – 20 mart 2023-cü il tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 8500 manat təşkil edir. Layihənin məqsədi respublikamızda nikahların azalmasına, boşanmaların isə artmasına rəvac verən gender əsaslı zorakılığa və məişət zorakılığına qarşı ictimai mübarizə sahəsində gənclərin, xüsusən də, yeni ailə quran gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir. Layihə çərçivəsində coğrafi və gender balans nəzərə alınmaqla, ölkə üzrə 18-35 yaş arası 25 nəfər gənc və gənc ailə təmsilçisi seçilərək onlar üçün gender əsaslı zorakılıq və ailədaxili zorakılıq mövzusunda Lənkəranda 17-19 fevral tarixlərində 3 günlük nəzəri-praktik konfrans təşkil olunacaqdır. Layihədə iştirak etmək istəyən gənclər 05 fevral 2023-cü il, saat 24.00-adək təşkilata müvafiq ərizə ilə (https://docs.google.com/forms/d/e/1FAIpQLSexZPWehkMDbFIemY4rpY7PbkD5NvXxLg85jQzrFBU5kUeq0A/viewforms) müraciət edə bilərlər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|