|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Ölkəmizdə “Azərbaycanda sosial hüquqların təşviqində gənc işçilərin sosial bacarıqlarının artırılması” adlı yeni bir layihənin icrasına başlanıldı 2022-07-01 MAGİYA ictimai birliyi ölkəmizdə “Azərbaycanda sosial hüquqların təşviqində gənc işçilərin sosial bacarıqlarının artırılması” adlı yeni bir layihəni həyata keçirməyə başlamışdır. Layihə 01 iyul – 01 oktyabr 2022-ci il tarixlərini əhatə edəcəkdir. Layihə Avropa Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 6455 manat təşkil edir. Layihənin məqsədi ölkəmizdə sosial hüquqların təşviqində gənclərin mövcud bilik, bacarıq və təcrübələrini daha da inkişaf etdirməkdən ibarətdir. Layihə çərçivəsində coğrafi və gender balans nəzərə alınmaqla, elektron ərizə əsasında Lənkəran və Bakı şəhəri üzrə 18-35 yaş arası 20 nəfər gənc seçiləcək və onlar üçün sosial hüquqlar mövzusunda Lənkəranda 23-25 avqust və Bakıda 04 sentyabr tarixlərində 3 və 1 günlük təlim kursları təşkil olunacaqdır. Layihədə iştirak etmək istəyən gənclər 20 avqust 2022-ci il, saat 24.00-adək təşkilata müvafiq ərizə ilə (https://docs.google.com/forms/d/e/1FAIpQLSdzupxdjXoZP_idPnv-cxqKEHfepjM_qE27Zb9LiibXJW9MNQ/viewform?usp=sf_link) müraciət edə bilərlər. Müvafiq nəticələr 21 avqust 2022-ci il tarixində açıqlanacaqdır. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|