|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda “Azərbaycanda ailə institutu: problemlər və perspektivlər” adlı yeni bir milli layihənin icrasına başlanıldı 2022-09-01 MAGİYA ictimai birliyi Lənkəranda “Azərbaycanda ailə institutu: problemlər və perspektivlər” adlı yeni bir layihəni həyata keçirməyə başlamışdır. Layihə 01 sentyabr – 01 dekabr 2022-ci il tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 8000 manat təşkil edir. Layihənin məqsədi ölkəmizdə ailə, qadın, uşaq və gender məsələlərinin aktuallığını gündəmə gətirməklə cəmiyətimizdə ailə dəyərlərinin təşviqi və valideyn məsuliyyətinin artırılmasının təbliği sahəsində gənclərin, xüsusilə də, gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, habelə ailələrin dağılmasına və boşanmaların artmasına səbəb olan məişət zorakılığı ilə mübarizəni gücləndirməkdən ötrü bu istiqamətdə profilaktik və preventiv tədbirlərin həyata keçirilməsindən ibarətdir. Layihə çərçivəsində coğrafi və gender balans nəzərə alınmaqla, elektron ərizə əsasında respublika üzrə 18-35 yaş arası 25 nəfər gənc və gənc ailə seçiləcək və onlar üçün ailə, qadın, uşaq və gender məsələləri mövzusunda Lənkəranda 21-23 oktyabr tarixlərində 3 günlük nəzəri-praktik konfrans təşkil olunacaqdır. Layihədə iştirak etmək istəyən gənclər və gənc ailələrin təmsilçiləri 30 sentyabr 2022-ci il, saat 24.00-adək təşkilata müvafiq ərizə ilə (https://docs.google.com/forms/d/1eoy8a3MYITwEhsZThDr_XuBwYY0y7PO66a6-1iSePJI/edit) müraciət edə bilərlər. Müvafiq nəticələr 10 oktyabr 2022-ci il tarixində açıqlanacaqdır. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|