“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində gənclər və gənclər vasitəsilə əhali arasında sağlam həyat tərzinin təbliği

2022-09-12

Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində “COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində gənclər və gənclər vasitəsilə əhali arasında sağlam həyat tərzinin təbliği” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 5826,40 (beş min səkkiz yüz iyirmi altı manat qırx qəpik) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində gəncləri və gənclər vasitəsilə ictimaiyyəti məlumatlandırmaq, onları zəruri gigiyenik vasitələr və tibbi ləvazimatlarla, habelə maarifləndirici materiallarla təmin etmək və ictimai yerlərdə sağlam həyat tərzini geniş şəkildə təbliğ etməkdən ibarətdir. Layihənin müddəti 3 ay olmaqla, 12 sentyabr – 12 dekabr 2022-ci il tarixlərini əhatə edəcəkdir. COVİD-19 pandemiyası ilə mübarizədə əhali arasında sağlam həyat tərzinin təbliğini özündə ehtiva edən layihə çərçivəsində Lənkəran, Cəlilabad, Masallı və Astara rayonlarının hər birində 18-29 yaşarası ümumilikdə 12 nəfər könüllü gənc müəyyən edilərək onlar üçün pandemiya dövründə davranış qaydalarına dair təlimat hazırlanacaq, aidiyyəti sahədə bukletlər də daxil olmaqla, həmin könüllülər zəruri gigiyenik vasitələr (dezinfeksiyaedici gel, spirt və s.) və tibbi ləvazimatlarla (maska, əlcək və s.) təmin olunacaqlar. Təlimatlandırılmış və zəruri materiallarla təchiz edilmiş gənclər tərəfindən Lənkəran, Cəlilabad, Masallı və Astara rayonlarındakı ictimai yerlərdə sakinlərə müvafiq bukletlər, müxtəlif gigiyenik vasitələr və tibbi ləvazimatlar paylanılmaqla, əhali arasında geniş maarifləndirmə və məlumatlandırma işləri həyata keçiriləcəkdir. Layihədə könüllü fəaliyyət göstərən ümumilikdə 12 nəfər gənc yekunda təşkilat tərəfindən xüsusi qısaqol köynəklərlə və müvafiq sertifikatlarla təltif olunacaqdır. Məlumat üçün bildirək ki, Lənkəran, Cəlilabad, Masallı və Astara rayonlarında layihə çərçivəsində könüllü kimi iştirak etmək istəyən yerli gənclər MAGİYA ictimai birliyinin www.epsaya.az adlı internet səhifəsinin “Əlaqə” bölümünə daxil olmaqla və ya birbaşa magiya_ngo@mail.ru adlı elektron poçtuna özü barədə tərcümeyi-halı (CV) dolğun formada (özü və təhsili haqqında tam məlumat, E-mail və telefon nömrələrinin dəqiq qeyd olunması və s.) hazırlayıb 12 oktyabr 2022-ci il, saat 24.00-adək ictimai birliyə göndərməlidir.

Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur