“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Lənkəranda “Sağlam ailə sağlam cəmiyyətin təməlidir” adlı yeni bir layihənin icrasına başlanıldı

2022-02-01

MAGİYA ictimai birliyi Lənkəranda “Sağlam ailə sağlam cəmiyyətin təməlidir” adlı yeni bir layihəni həyata keçirməyə başlamışdır. Layihə 01 fevral – 30 aprel 2022-ci il tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 8900 manat təşkil edir. Layihənin məqsədi respublikada ailə dəyərlərinin, əxlaq və etika normalarının təbliği sahəsində gənclərin, xüsusən də, yeni ailə quran gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, habelə ailələrin dağılmasına səbəb olan müxtəlif amillərin (gənc ailələrə valideynlərin və digər qohumların yersiz müdaxilələri, boşanmalara rəvac verən aktuallığını itirmiş adətlər və s.) aradan qaldırılması istiqamətində profilaktik tədbirlər həyata keçirməkdən ibarətdir. Layihə çərçivəsində coğrafi və gender balans nəzərə alınmaqla, elektron ərizə əsasında respublika üzrə 18-35 yaş arası 25 nəfər gənc və gənc ailə seçiləcək və onlar üçün ailə dəyərləri, əxlaq və etika normaları mövzusunda Lənkəranda 25-27 mart tarixlərində 3 günlük nəzəri-praktik konfrans (panel müzakirələr) təşkil olunacaqdır. Layihədə iştirak etmək istəyən gənclər və gənc ailələrin təmsilçiləri 28 fevral 2022-ci il, Saat 24.00-adək təşkilata müvafiq ərizə ilə (https://docs.google.com/forms/d/e/1FAIpQLSenl_GNAs46NWc7bDv5Mt--32F0nBNqJPhVES4tYm1DtpBy4A/viewform) müraciət edə bilərlər. Müvafiq nəticələr 13 mart 2022-ci il tarixində açıqlanacaqdır.

Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur