|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Cənub bölgəsində yerli sakinlər üçün yeni bir layihənin icrasına başlanıldı 2020-08-05 Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində “COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində sağlam həyat tərzinin təbliği” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 7000 (yeddi min) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində ictimaiyyətin məlumatlandırılması, onların zəruri gigiyenik vasitələr və tibbi ləvazimatlarla təmin edilməsi və sağlamlıq baxımından əziyyət çəkən müvafiq aztəminatlı ailələrə ərzaq yardımı paketləri paylamaqla, cəmiyyətdə sağlam həyat tərzini geniş təbliğ etməkdən ibarətdir. Layihənin müddəti 3 ay olmaqla, 05 avqust – 05 noyabr 2020-ci il tarixlərini əhatə edəcəkdir. COVİD-19 pandemiyası ilə mübarizədə əhali arasında sağlam həyat tərzinin təbliğini özündə ehtiva edən layihə çərçivəsində Lənkəran, Cəlilabad, Masallı və Astara rayonlarının hər birində 3 nəfər 18-29 yaşarası könüllü gənc müəyyən edilərək onlar üçün pandemiya dövründə davranış qaydalarına dair təlimat hazırlanacaq, aidiyyəti sahədə bukletlər də daxil olmaqla, həmin könüllülər zəruri gigiyenik vasitələr (dezinfeksiyaedici gel, spirt və s.) və tibbi ləvazimatlarla (maska, əlcək və s.) təmin olunacaqlar. Təlimatlandırılmış və zəruri materiallarla təchiz edilmiş gənclər tərəfindən Lənkəran, Cəlilabad, Masallı və Astara rayonlarındakı ictimai yerlərdə sakinlərə müvafiq bukletlər, müxtəlif gigiyenik vasitələr və tibbi ləvazimatlar paylanılmaqla, əhali arasında geniş maarifləndirmə və məlumatlandırma işləri həyata keçiriləcəkdir. Eyni zamanda sözügedən hər bir rayonda ictimai monitorinqlər aparmaqla, sağlamlıq baxımından əziyyət çəkən müvafiq aztəminatlı ailələr müəyyən ediləcək və onlara poçt vasitəsilə zəruri ərzaq yardımı paketləri göndəriləcəkdir. Layihədə könüllü fəaliyyət göstərən ümumilikdə 12 nəfər gənc yekunda təşkilat tərəfindən xüsusi qısaqol köynəklərlə və müvafiq sertifikatlarla təltif olunacaqdır. Məlumat üçün bildirək ki, Lənkəran, Cəlilabad, Masallı və Astara rayonlarında layihə çərçivəsində könüllü kimi iştirak etmək istəyən yerli gənclər MAGİYA ictimai birliyinin www.epsaya.az adlı internet səhifəsinin “Əlaqə” bölümünə daxil olmaqla və ya birbaşa magiya_ngo@mail.ru adlı elektron poçtuna özü barədə tərcümeyi-halı (CV) dolğun formada (özü və təhsili haqqında tam məlumat, E-mail və telefon nömrələrinin dəqiq qeyd olunması və s.) hazırlayıb 13 sentyabr 2020-ci il, saat 24.00-adək ictimai birliyə göndərməlidir. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|