|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda “Gənclərin insan hüquqları mövzusunda maarifləndirilməsi və onlar arasında milli-mənəvi dəyərlərin təbliği” adlı yeni bir layihənin icrasına başlanıldı 2019-09-01 Lənkəranda “Gənclərin insan hüquqları mövzusunda maarifləndirilməsi və onlar arasında milli-mənəvi dəyərlərin təbliği” adlı yeni bir layihənin icrasına başlanıldı MAGİYA ictimai birliyi Lənkəranda “Gənclərin insan hüquqları mövzusunda maarifləndirilməsi və onlar arasında milli-mənəvi dəyərlərin təbliği” adlı yeni bir layihəni həyata keçirməyə başlamışdır. Layihə 01 sentyabr – 01 dekabr 2019-cu il tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 7500 manat təşkil edir. Layihənin məqsədi insan hüquqları və milli-mənəvi dəyərlərin təbliği sahəsində Azərbaycanda yaşayan milli azlıqlar, azsaylı xalqlar və etnik qruplardan olan gənclərin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, onların həyat tərzi, dili, dini, adət-ənənələri, mədəniyyət mərkəzləri, KİV və internet resursları ilə yaxından tanış olmaq, respublikamızdakı multikulturalizm və toleyrantlıq modelini tədqiq və təbliğ etməkdən ibarətdir. Layihə çərçivəsində respublika üzrə müxtəlif etnik qrupların (azsaylı xalqların nümayəndələri) təmsilçiləri olmaqla, 18-35 yaşarası 25 nəfər gənc seçiləcək və onlar üçün Lənkəranda, habelə Astara və Lerik rayonlarında 18-20 oktyabr tarixlərində 3 günlük nəzəri-praktik konfrans (panel müzakirələr və infoturlar) təşkil olunacaqdır. Layihədə iştirak etmək istəyən gənclər 30 sentyabr 2019-cu il, Saat 24.00-adək təşkilata müvafiq ərizə ilə müraciət edə bilərlər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|