|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda “Yol hərəkəti qaydalarına hamılıqla riayət edək” adlı yeni bir layihənin icrasına başlanıldı 2018-12-05 MAGİYA ictimai birliyi Lənkəranda “Yol hərəkəti qaydalarına hamılıqla riayət edək” adlı yeni bir layihənin həyata keçirilməsinə başlamışdır. Layihə 05 dekabr 2018-ci il – 05 mart 2019-cu il tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 6300 manat təşkil edir. Layihənin məqsədi yol hərəkəti qaydaları ilə əlaqədar yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri sahəsində gənclərin və gənc jurnalistlərin ölkə miqyasında maarifləndirilməsi və məlumatlandırılmasından ibarətdir. Layihə çərçivəsində respublika üzrə 18-35 yaş arası 25 nəfər gənc müvafiq ərizə əsasında seçiləcək və onlar üçün Lənkəranda 25-27 yanvar 2019-cu il tarixlərində 3 günlük təlim kursları keçiriləcəkdir. Layihədə iştirak etmək istəyən gənclər 06 yanvar 2019-cu il, Saat 24.00-adək ictimai birliyə müvafiq ərizə ilə müraciət edə bilərlər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|