|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda “Məişət zorakılığına qarşı mübarizədə gənclərin səfərbər edilməsi” adlı yeni bir layihəyə start verildi 2017-10-05 MAGİYA ictimai birliyi Lənkəranda “Məişət zorakılığına qarşı mübarizədə gənclərin səfərbər edilməsi” adlı yeni bir layihənin həyata keçirilməsinə başlamışdır. Layihə 05 oktyabr 2017-ci il – 05 yanvar 2018-ci il tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 6000 AZN təşkil edir. Layihənin məqsədi məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində gənclərin maarifləndirilməsindən və məlumatlandırılmasından ibarətdir. Layihə çərçivəsində respublika üzrə 16-29 yaş arası 25 nəfər gənc müvafiq ərizə əsasında seçiləcək və onlar üçün Lənkəranda 10-12 noyabr 2017-ci il tarixlərində 3 günlük təlim kursları keçiriləcəkdir. Layihədə iştirak etmək istəyən gənclər 31 oktyabr 2017-ci il, Saat 24.00-adək təşkilata müvafiq ərizə ilə müraciət edə bilərlər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|