|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Cənub bölgəsində gənclər üçün “Erkən nikahın iştirakçıları potensial insan alveri qurbanlarıdır” adlı yeni bir layihəyə start verildi 2017-04-01 MAGİYA ictimai birliyi Lənkəranda “Erkən nikahın iştirakçıları potensial insan alveri qurbanlarıdır” adlı yeni bir layihənin həyata keçirilməsinə başlamışdır. Layihə 01 aprel – 01 iyun 2017-ci il tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 4661 (dörd min altı yüz altmış bir) AZN təşkil edir. Layihənin məqsədi gəncləri, xüsusilə də, gənc qızları erkən nikahlar və insan alveri mövzusunda maarifləndirməkdən və məlumatlandırmaqdan ibarətdir. Layihə çərçivəsində Astara, Masallı və Lənkəran rayonlarının hər biri üzrə 18-29 yaş arası 25 nəfər gənc seçiləcək və onlar üçün Astarada 13-14 may, Masallıda 20-21 may və Lənkəranda 27-28 may tarixlərində 2 günlük təlim kursları keçiriləcəkdir. Təlim kurslarında iştirak etmək istəyən gənclər ictimai birliyə müraciət edə bilərlər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|