|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Cənub bölgəsində “Haqlarımızı bilək, hüquqlarımızı qoruyaq” adlı regional layihəyə start verildi 2017-01-07 MAGİYA ictimai birliyi tərəfindən cənub bölgəsində “Haqlarımızı bilək, hüquqlarımızı qoruyaq” adlı regional layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə 08 oktyabr 2014-cü il – 30 aprel 2017-ci il tarixlərini əhatə edəcəkdir. Layihə Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “İnsan Haqlarının İnkişafı, Demokratikləşmə və Yaxşı İdarəetmə Proqramı” çərçivəsində həyata keçirilir. Layihənin məbləği 9.999 (doqquz min doqquz yüz doxsan doqquz) manatdır. Layihənin məqsədi insan haqları barədə təsəvvürləri yüksəltmək üçün televiziyada ictimai müzakirələr vasitəsi ilə ictimaiyyətin hüquqi bilik və təcrübəsini genişləndirmək, onların bu sahədə məlumatlılığını artırmaq, bütövlükdə əhalinin hüquqi maarifləndirilməsinə və məlumatlandırılmasına dəstək verməkdir. Qeyd olunmalıdır ki, layihə “Cənub arb” Televiziya Şirkəti və “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası ictimai birliyi tərəfindən birgə icra olunacaqdır. Eyni zamanda, layihə çərçivəsində həyata keçirilən tədbirlərin nailiyyətləri, nəticə və yekunu barədə 08 aprel 2017-ci il tarixində Lənkəranda mətbuat konfransının təşkili də nəzərdə tutulmuşdur. Layihədə iştirak etmək istəyənlər “Cənub arb” Televiziya Şirkətinə müraciət edə bilər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|