|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda gənclər üçün “İnsan alverinə qarşı effektiv mübarizə gənclərin maariflənməsindən keçir!” adlı yeni bir layihəyə start verildi 2016-05-05 MAGİYA ictimai birliyi Lənkəranda “İnsan alverinə qarşı effektiv mübarizə gənclərin maariflənməsindən keçir!” adlı yeni bir layihənin həyata keçirilməsinə başlamışdır. Layihə 05 may – 05 avqust 2016-cı il tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 7000 AZN təşkil edir. Layihənin məqsədi insan alveri və qanunsuz miqrasiya mövzusunda gənclərin maarifləndirilməsindən və məlumatlandırılmasından ibarətdir. Layihə çərçivəsində respublika üzrə 16-29 yaş arası 25 nəfər gənc seçiləcək və onlar üçün Lənkəranda 25-27 iyun tarixlərində 3 günlük təlim kursları keçiriləcəkdir. Bununla yanaşı, layihə çərçivəsində həyata keçirilən tədbirin nailiyyətləri, nəticə və yekunu barədə 09 iyul 2016-cı il tarixində Lənkəranda mətbuat konfransının təşkili də nəzərdə tutulmuşdur. Layihədə iştirak etmək istəyən gənclər 05 iyun 2016-cı il, Saat 24.00-adək təşkilata müraciət edə bilərlər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|