|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Cənub bölgəsində “İctimaiyyətin hüquqi maariflənməsində yerli televiziyanın rolunun artırılması” adlı yeni bir layihəyə start verildi 2012-09-13 MAGİYA ictimai birliyi Lənkəranda “İctimaiyyətin hüquqi maariflənməsində yerli televiziyanın rolunun artırılması” adlı yeni bir layihənin həyata keçirilməsinə başlamışdır. Layihə 01 oktyabr – 28 dekabr tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 3000 AZN təşkil edir. Layihə çərçivəsində “CTV” Regional Televiziya Şirkəti tərəfindən canlı yayımlanan “Müzakirə” verlişində ictimai əhəmiyyət kəsb edən məsələlərlə əlaqədar davamlı şəkildə əhalinin hüquqi maarifləndirilməsi və məlumatlandırılması təşkil olunacaqdır. Eyni zamanda, layihə çərçivəsində həyata keçirilən tədbirlərin nailiyyətləri, nəticə və yekunu barədə 13 dekabr tarixində Lənkəranda mətbuat konfransının təşkili də nəzərdə tutulmuşdur. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|