“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Gənclər üçün “Cənub bölgəsində narkomaniya və HİV/AİDS-ə qarşı mübarizə” adlı yeni bir layihəyə start verildi

2012-07-31

MAGİYA ictimai birliyi Lənkəranda Cənub bölgəsində narkomaniya və HİV/AİDS-ə qarşı mübarizə adlı yeni bir layihənin həyata keçirilməsinə başlamışdır. Layihə 01 avqust – 30 noyabr tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilati və maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 3500 AZN təşkil edir. Layihə çərçivəsində Masallı, Lənkəran və Astara rayonlarının hər biri üzrə 18-29 yaş arası 25 nəfər gənc seçiləcək və onlar üçün Lənkəranda 23-24 sentyabr, Masallıda 13-14 oktyabr Astarada 20-21 oktyabr tarixlərində 2 günlük təlim kursları keçiriləcəkdir. 10-11 noyabr tarixində isə keçirilən təlim kurslarında fəal iştirak etmiş gənclərdən hər bir rayon üzrə 10 nəfər olmaqla təşkilatçılar tərəfindən ümumilikdə 30 nəfər gənc seçiləcək və onlar üçün Lənkəranda “Təlimçilər üçün təlim” adlı zonal təlim kursu təşkil olunacaqdır. Eyni zamanda, layihə çərçivəsində həyata keçirilən tədbirlərin nailiyyətləri, nəticə və yekunu barədə 14 noyabr tarixində Lənkəranda mətbuat konfransının təşkili də nəzərdə tutulmuşdur. Bununla yanaşı təşkilatçılar tərəfindən zonal təlim kursunda iştirak edən gənclərlə Lənkəran Rayonlararası Narkoloji Dispanserin və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran Regional Laboratoriyasının mütəxəssisləri arasında müvafiq görüşlərin təşkil olunması da planlaşdırılır.

Layihədə iştirak etmək istəyən gənclər 20 sentyabr 2012-ci il tarixinə qədər təşkilata müraciət edə bilərlər.

Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur