|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Azərbaycanın cənub bölgəsində gənclər üçün “Regionlarda yaşayan gənclərin liderlik bacarıqlarının artırılması” adlı layihəyə start verildi 2012-02-14 MAGİYA ictimai birliyi Lənkəranda “Regionlarda yaşayan gənclərin liderlik bacarıqlarının artırılması” adlı layihənin həyata keçirilməsinə başlamışdır. Layihə 15 fevral – 15 oktyabr tarixlərini əhatə edəcəkdir. Layihə ABŞ-ın Milli Demokratiya İnstitutunun təşkilati və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 49990 dollar təşkil edir. Layihə çərçivəsində cənub bölgəsindən seçilən 25 nəfər gənc üçün liderlik bacarıqları istiqamətində 5 təlim kursu təşkil olunacaqdır. Təlim kurslarından sonra layihə məzunları üçün yay düşərgəsi təşkil ediləcəkdir. Sonda layihə məzunları üçün kiçik sub-qrantlar elan olunacaqdır və 800 dollar məbləğində bir neçə icma əsaslı yerli layihələr maliyyələşdiriləcəkdir. Layihədə iştirak etmək istəyən gənclər fevral ayının sonuna qədər təşkilata müraciət edə bilər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|