|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Cənub bölgəsində “Bələdiyyə seçkilərində gənclərin fəallığının və iştirakçılığının artırılması” adlı böyük bir layihəyə start verildi 2014-09-01 MAGİYA ictimai birliyi Lənkəranda “Bələdiyyə seçkilərində gənclərin fəallığının və iştirakçılığının artırılması” adlı böyük bir layihənin həyata keçirilməsinə başlamışdır. Layihə 01 sentyabr – 30 noyabr, 2014-cü il tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 5000 AZN təşkil edir. Layihənin məqsədi yerli icra hakimiyyəti, bələdiyyələr və dairə seçki komissiyaları ilə sıx əməkdaşlıq çərçivəsində bələdiyyə seçkilərində gənclərin fəallığının və iştirakçılığının artırılmasından ibarətdir. Layihə çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarının hər biri üzrə 18-29 yaş arası 25 nəfər gənc seçiləcək və onlar üçün 2 günlük təlim kursları keçiriləcəkdir. Eyni zamanda, layihə çərçivəsində həyata keçirilən tədbirlərin nailiyyətləri, nəticə və yekunu barədə sonda Lənkəranda mətbuat konfransının təşkili də nəzərdə tutulmuşdur. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|