|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Lənkəranda gənclər üçün “Korporativ sosial məsuliyyətin inkişafında gənclərin rolunun artırılması” adlı yeni bir layihəyə start verildi 2014-10-01 MAGİYA ictimai birliyi Lənkəranda “Korporativ sosial məsuliyyətin inkişafında gənclərin rolunun artırılması” adlı yeni bir layihənin həyata keçirilməsinə başlamışdır. Layihə 01 oktyabr – 30 dekabr 2014-cü il tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 6500 AZN təşkil edir. Layihənin məqsədi korporativ sosial məsuliyyət siyasətinin formalaşmasında gənclərin maarifləndirilməsindən və məlumatlandırılmasından ibarətdir. Layihə çərçivəsində respublika üzrə 18-29 yaş arası 20 nəfər gənc seçiləcək və onlar üçün Lənkəranda 07-09 noyabr tarixlərində 3 günlük təlim kursları keçiriləcəkdir. Bununla yanaşı, layihə çərçivəsində həyata keçirilən tədbirin nailiyyətləri, nəticə və yekunu barədə 22 dekabr 2014-cü il tarixində Lənkəranda mətbuat konfransının təşkili də nəzərdə tutulmuşdur. Layihədə iştirak etmək istəyən gənclər təşkilata müraciət edə bilərlər. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|