|
|||||
Donorlarımız
Tərəfdaşlarımız
| Cənub bölgəsində yerli gənclər üçün yeni bir regional layihənin icrasına başlanıldı 2024-09-15 Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində ““COP29” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində region gənclərinin ekoloji maarifləndirilməsi” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 7500 (yeddi min beş yüz) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi gənclərin ekoloji şüur, ekoloji tərbiyə və ekoloji mədəniyyətinin inkişaf etdirilməsi ilə əlaqədar olaraq onların ekoloji bilik və təcrübələrinin artırılması və yerli gənclər arasında “COP29” və “Yaşıl dünya naminə həmrəylik ili”ni təbliğ etməkdən ibarətdir. Layihənin müddəti 3 ay olmaqla, 15 sentyabr – 15 dekabr 2024-cü il tarixlərini əhatə edir. Layihə çərçivəsində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə 21.10.2024-cü il tarixində Lənkəran, 22.10.2024-cü il tarixində Cəlilabad, 28.10.2024-cü il tarixində Astara, 29.10.2024-cü il tarixində Lerik və 05.11.2024-cü il tarixində Masallı şəhərində 16-29 yaş arası 20 nəfər gənc üçün yarım günlük təlim kursu təşkil olunacaqdır. Məlumat üçün bildiririk ki, təlim kursunda iştirak etmək istəyən gənclər MAGİYA ictimai birliyinin www.epsaya.az adlı internet səhifəsinin “Yeniliklər” bölümünün “Elanlar” hissəsində məlumatla ətraflı tanış olub ictimai birliklə əlaqə saxlaya bilərlər. Əlavə edək ki, təlim kurslarında iştirak edən gənclərə MAGİYA ictimai birliyi tərəfindən müvafiq sertifikatlar və aidiyyəti flayerlər təqdim olunacaqdır. |
Axtar
Saat
Təqvim
Sorğu
Bizi Facebookda tapın | |||
|