“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
“Gənclərin iştirakçılıq fəaliyyəti” – gənclər üçün foto və video jurnalistika təlimləri davam edir

2021-02-01

“Gənclərin iştirakçılıq fəaliyyəti” – gənclər üçün foto və video jurnalistika təlimləri layihəsi ABŞ-ın Azərbaycandakı səfirliyinin İcma Quruculuğu Təşəbbüsləri Proqramı çərçivəsində həyata keçirilir. Layihənin məqsədi cəmiyyətdə mövcud olan əhəmiyyətli uğurlara və problemlərə geniş ictimaiyyətin diqqətini cəlb etmək üçün müasir texnologiyalardan istifadə etmək üzrə bilik və bacarıqların artırılması, bu yolla gənclərin bir-biri ilə əlaqələrinin gücləndirilməsi və sosial fəaliyyətlərdə onları iştirakçılıq üçün səfərbər etməkdən ibarətdir. Layihənin icrası müddətində hər qrupda 15 nəfər olmaqla ümumilikdə 3 qrupda (adı qeyd edilən rayonların hər birində 1 qrup) 45 nəfər üçün foto və video jurnalistikanın əsasları haqqında, eləcə də foto və video jurnalistika texnikası barədə onlayn təlimləri təşkil olunur. Hazırda Lənkəran, Ağcabədi və Xaçmazdan olan yeniyetmə və gənclər arasında həyata keçirilən layihə çərçivəsində onlayn təlimlər keçirilir. Lənkəran və Ağcabədidə təlimlər artıq başa çatmış, Xaçmazdan olan təlim iştirakçıları üçün isə hazırda bu onlayn təlimlər davam edir. Təlimlərdə fəal yeniyetmə və gənclərə foto və video jurnalistikanın əsasları haqqında məlumatın verilməsi, müasir texnologiyalarla foto işinin və videoçarxların hazırlanması texnikası öyrədilir. Təlimlərdə dinləyicilərə təqdim edilən təqdimatlar xüsusi hazırlanmış disklərə köçürülərək iştirakçılara paylanılmış, habelə onlara xüsusi loqo və layihənin adı qeyd olunan qısaqol köynəklər hədiyyə edilmişdir. Təlimlərdən sonra iştirakçıların hazırladıqları fotolardan ibarət toplu və ssenari ideyaları əsasında kiçik videoçarxların hazırlanması planlaşdırılır. Daha sonra nəzəri biliklərin praktiki tətbiqi üçün təlim iştirakçıları cəmiyyətimizdə müxtəlif istiqamətlərdə (sosial, idman, təhsil, ekologiya, səhiyyə, mədəniyyət və s.) mövcud olan uğurlar və problemlər haqqında öz baxışlarını formalaşdırmaqdan ötrü foto və ya videoçarx üçün ssenari ideyaları hazırlayacaqlar. Bu işdə müvafiq ekspertlər onlara yaxından kömək edəcəkdir. Təlimin məzunları özləri smart qurğularla (mobil telefonlar, palnşetlər və s.) ümumilikdə 3 ssenari üzrə videoçarx və 30 fotoşəkil hazırlanması üçün müvafiq fəaliyyətlər həyata keçirəcəklər. Hazırlanmış və böyük ölçülü yüksək keyfiyyətlə çap edilmiş fotolardan və videoçarxlardan ibarət materiallar geniş ictimaiyyətə nümayiş olunacaqdır. Fəaliyyətlərin sonunda ictimaiyyəti, valideynləri, müəllimləri, şagirdləri və KİV-ləri layihənin yekunu haqqında məlumatlandırmaq üçün yekun təqtimatın təşkili nəzərdə tutulmuşdur. Təqdimat zamanı layihənin məqsəd və vəzifələri, gedişi, fəaliyyət zamanı ortaya çıxan problemlər və onların həlli, uğurlar, nəticələr, eləcə də statistik məlumatlar yer alacaqdır.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur