“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Cənub bölgəsində daha bir ictimai birliyin “http://www.umidimsensen.az/” adlı internet səhifəsi təsis olundu

2019-07-06

6 iyul 2019-cu il tarixində Masallı şəhərində yerləşən “Masallı” mehmanxanasında “www.umidimsensen.az” internet səhifəsinin təqdimat mərasimi keçirilmişdir. İnternet səhifəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində hazırlanmışdır. Layihə “Cənub regionun xeyriyyəçi qadın, uşaq və əlil təskilatları səbəkəsinin onlayn platformasının yaradılması” adlanır. Layihənin müəllifi Masallı rayonunda fəaliyyət göstərən “Ümidim sənsən” Sosial İnkişafa Yardım ictimai birliyinin sədri Fidan Abbaslıdır. Əvvəllər xeyriyyə icması kimi fəaliyyət göstərən birlik qısa müddətdə xeyli uğurlara imza atmış, özünə onlarla tərəfdaş və könüllü cəlb etmişdir. Belə ki, ictimai birlik artıq onlarla tədbir (kitab bayramları, aztəminatlı ailələrə paltar və ərzaq paylanılması, aztəminatlı ailələrin uşaqlarının pulsuz müayinəsi və müalicəsi, əlil arabalarının alınaraq ehtiyacı olan şəxslərə təqdim edilməsi və s.) həyata keçirmişdir. Qeyd edək ki, adı çəkilən internet səhifəsinin yaradılmasına bu ilin may ayından başlanmışdır və bu səhifə Masallı rayonunda fəaliyyət göstərən QHT-lərin ilk onlayın platformasıdır. Əlavə edək ki, internet səhifəsinin rəhbəri Fidan Abbaslı təqdimat mərasimindəki çıxışında bildirmişdir ki, səhifə bütün ictimai birliklərin, icmaların və digər təşkilatların üzünə həmişə açıqdır və səhifədəki 3 xüsusi bölmə – “Kömək istəyirəm”, “Kömək təklif edirəm” və “Kömək edildi” bütün ictimaiyyətin ixtiyarındadır. QHT, mətbuat və digər təşkilatların 30 nəfərdən çox nümayəndəsinin qatıldığı tədbirdə “Regional hüquqi və iqtisadi maarifləndirmə” ictimai birliyinin sədri Arzu Bağırova, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin cənub bürosunun təmsilçisi İldırım Nəzərov, Masallıda fəaliyyət göstərən “Viləş” özəl uşaq bağçasının rəhbəri Şəfa Allahverdiyeva, “Tilsman” qəzetinin redaktoru Alzaman Baxış, tanınmış həkim Zabit Talıbov, Bədəlan tam orta məktəbinin direktor müavini Məbhubə Şahbazova, qocaman müəllim Xanım Baxış və başqaqları çıxış edərək öz təkliflərini bildirmişlər. Tədbir barədə daha ətraflı məlumatları və video görüntüləri “www.cenubxeberleri.com” və “www.umidimsensen.az” internet səhifələrindən əldə etmək olar.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur