“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi
logo
MAGİYA * EPSAYA
“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union
“Maarifçilik amalımızdır!”                                                                                                                         “Enlightenment is our aim!”
Donorlarımız
eeas.europa.eu www.statoil.com www.savethechildren.org www.usaid.gov www.ndi.org www.azerbaijan.usembassy.org www.iom.az www.mys.gov.az youthfoundation.az cssn.gov.az undef.org epfound.org www.government.nl
Tərəfdaşlarımız
reliablefuture.org mitost.org
www.ayu-az.org
Lənkəranda gənclər üçün ilk liderlik təlim kursu

2012-03-12

MAGİYA ictimai birliyi 10-12 mart tarixlərində Lənkəran şəhərində AB Qala otelində Azərbaycanın 11 müxtəlif rayonlarından (Astara, Bakı, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Neftçala, Sabirabad və Yardımlı) olan 25 nəfər gənc üçün “Regionlarda yaşayan gənclərin liderlik bacarıqlarının artırılması” mövzusunda 3 günlük təlim kursu təşkil etmişdir. Təlim kursunda 8 nəfər qız, 17 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa iki nəfər təlimçi – təlimçi-ekspert Qurban Kərimbəyli və Lənkərandan olan yerli təlimçi Samir Axundov da iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında liderlik bacarıqları ilə əlaqədar bir çox mövzular – Vətəndaş cəmiyyəti konsepsiyası – vətəndaş cəmiyyəti institutları, vətəndaş fəallığı, vətəndaş mövqeyi, ictimai fəaliyyət, formal, formal olmayan və qeyri-formal təhsil konsepsiyaları, CV formaları haqqında ümumi məlumat, peşəkar CV-lərin tərtibatı, motivasiya məktubunun hazırlanması, iş yerləri haqqında məlumat alma yolları və iş axtarma bacarıqları, uğurlu iş tapmağın effektiv yolları, Karyera məsləhət mərkəzləri, müsahibə və uğurlu müsahibənin sirləri, işgüzar davranış qaydaları, gənclərin şəxsi və peşəkar inkişafı, Demokratiya, Dövlət və Cəmiyyət anlayışları, İnsan hüquq və azadlıqları, Uşaq hüquqları, Beynəlxalq və yerli hüquq müdafiəsi təsisatları, Gender, Tolerantlıq və Stereotiplər” müzakirə olunmuşdur.   Təlimin keçirilməsi zamanı müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından da geniş istifadə olunmuş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Təlim kurslarında həmçinin Milli Demokratiya İnstitutunun (NDİ) ölkə üzrə Nümayəndəliyinin direktoru cənab Aleks Qriqoryevs, Baş proqram rəhbəri Sənan Süleymanov və Proqram rəhbəri Ruslan Əsədov da iştirak etmiş və iştirakçı gənclərlə öz zəngin bilik və təcrübələrini bölüşmüşlər. Onlar eləcə də, layihə ilə bağlı gələcək fəaliyyətləri, xüsusilə də, Lənkəranda növbəti təlim kurslarının təşkilini müzakirə etmişlər. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar layihə ilə bağlı öz fikirlərini bildirmiş, qonaqlara və donorlara – NDİ və USAİD Vaşinqton DC-yə region gəncləri üçün belə bir layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq edilmişdir.

image
Axtar


Saat
Təqvim



Sorğu
Fikrinizcə region gənclərinin əsas problemləri hansılardır?
Şəbəkələşmə və təşkilatlanma prosesində zəif iştirakçılıq
İnformasiya və internet çıxışının yüksək səviyyədə olmaması
İşsizlik və ya gəlir səviyyəsinin aşağı olması
Asudə vaxtın səmərəli təşkil olunmaması
Yerli və beynəlxalq təşkilatların regionlara lazımi diqqət yetirməməsi


Result

Bizi Facebookda tapın

facebook
MAGİYA ictimai birliyinin rəsmi internet səhifəsi
Copyright © 2012 Bütün hüquqları qorunur